Ov üçün balıqlar harda bol olur?
Bol və bərəkətli balıq ovu hər nə qədər “qismət” məsələsi olsa da, yaxşı ov üçün bir-çox kriteriyalar var ki, diqqətə alınmalıdır. Elə balıqçılar var ki, anadangəlmə çox diqqətli və suda xırda elementləri də fərq eləmə qabiliyyətinə sahibdir. Onlar hərkəsdən öncə yeni su mənbəyi tapır, kəşf edir, relyefi öyrənir, dərinlik və qruntu incələyir, axını təyin edir, dirəkləri yerləşdirir, suyun yuduğu yerləri hesablayır. Onlar demək olar ki, hər cür balıq növünün yerini ilin və günün istənilən vaxtında səhvsiz təyin edirlər. Bunun üçün havanın tempraturu, ağac şirələrinin hərəkəti, quşların uçub gəlməsi-getməsi, çiçəklərin açılması, böcəklər, payız soyuğu, qarın və buzun vəziyyəti nəzərə alınır.

Əlbətdə hər zaman bol ov asan olmur. Atmosfer təzyiqinin kəskin dəyişməsi suda yaşayan canlıların balansını pozur. Yaxşı ov üçün hava şəraiti uzun müddət sabit qalmalıdır. Amma bu da maraqlıdır ki, hər kəskin hava dəyişikliyindən öncə yaxşı “jor” (əla klev) olur.
Yaxşı balıq ovu üçün əlamətlər
- Daşqın zamanı balıqlar yem tapmaq üçün yerini tərk edib, gələn axınlara yığılırlar vəya axının əksinə üzürlər.
- Yayda çayların və suların səviyyəsi azalanda balıqlar çox böyük narahatçılıqla daha dərin və bol sulu yerlər axtarırlar.
- Su mənbəyinin ən çox fərqlənən bölümündə daha yaxşı balıq tapmaq olur. Fərqli yerləri balıqlar da sevir. Onlar suyun ən çox oksigen olan, təmiz hissəsinə yığışırlar.
- Balıqlar su anbarlarının, çuxurların, dərin yerlərin kənarlarında üzürlər.
- İstidə balıqları kölgə yerlərdə axtarın. Bu ağac, kol və ya sahil uçurumlarının kölgəsi ola bilər. Ovu isə gecənin ikinci yarısına və ya səhərə yaxına salın.
- Payızda isə suların soyuması ilə əlaqədar olaraq əksinə balıqlarlı günün ikinci yarısı və ya axşam tutmaq yaxşıdır.
- Yayın əvvəli (yazın sonu) balıqlar suya kəskin girən sahilləri xoşlayırlar, xüsusən burda ağac və kol varsa. Burda çoxlu böcək olur ki, bəzən külək onları suya atır, balıqlar üçün yem olurlar.
- Payızda balıqlar bulanıq sularda yemlənirlər. Bu vaxt suda çoxlu toxum, qurd və böcəklər olur.
- Çayda ovlanmaq isə daha asandır. Burda sahil xətləri, axın izləri və suyun rəngi kömək edir.
- Kiçik çaylarda ov üçün ən yaxşı yerlər çuxurlardır (яма). Ensiz çaylarda geniş yerlər və daşmış hissələrdir. Yavaş axan çaylarda boğazlar, sürətli axan çaylarda daşmış hissələrdir.
- Bəzən qabarıq sahildə yaxşı ov olur. Çayın hər zaman yaşayış yerindən hündürdə yerləşən hissəsində ovlamaq lazımdır.
- Göllərdə ov biraz daha çətindir. Burda ən yaxşısı yerli balıqçılarla məsləhətləşməkdir.
- Yazda və yayda dərində balıq olmur. Payızda isə ov dərinliyini artırmaq lazımdır.
- Göllərdə və su anbarlarında balıqlar sahilə yaxın 2-4 m dərinlikdə üzürlər. Atmosfer təzyiqi artanda balıqlar dərinə, azalanda isə yuxarı can atırlar.
- Külək balıq ovuna mənfi təsir edir. Yalnız leş küləkli havada daha yaxşı ovlanır.
- Suyun təmizliyi də ova təsir edir. Bir çox balıqlar yemi gözləi ilə axtarır. (Leş, forel, enlibaş və sair)
Sonda qeyd edək ki, balıqların qırmağa yaxşı gəlməsi üçün ayrı-ayrı əlamətlər yox, bu qaydaların kompleks təsiri daha çoxdur. Ona görə balıqçı ov zamanı bu qaydaların çoxunu nəzərə almağı yavaş-yavaş öyrənməlidir.