Payızlıq taxıl əkini üçün ayrılan texnika sayı

Masallı rayonunda payızlıq taxıl əkininə başlanılıb. Əkin kampaniyasına 216 ədəd texnika cəlb olunub. Onlardan 36-sı səpin aqreqatıdır.

Bu barədə Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qısa vaxtda 8070 hektara yaxın sahədə arpa, buğda, vələmir səpini aparılıb. Fermerlər, torpaq mülkiyyətçiləri əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər.

Qeyd edək ki, bu il Masallıda yazlıq əkinlər üçün 14622 hektar sahədə şum aparılması proqnozlaşdırılıb. Artıq 9246,5 hektar sahə şumlanıb və bu iş davam etdirilir.

payızlıq əkinlər agroexpert.az
Zərdab rayonunda isə payızlıq taxıl əkini sürətlə davam edir və bu mühüm kampaniyaya 71 şum traktoru, 46 səpin aqreqatı cəlb olub.

Rayon icra hakimiyyətindən bildirilib ki, fermerlər və fiziki şəxslər respublikamızdakı hərbi vəziyyət şəraitində bu mühüm tədbirin optimal müddətdə və keyfiyyətlə başa çatdırılması üçün bütün qüvvələri səfərbərliyə alıblar. Gələn ilin məhsulu üçün 18 min hektarda payızlıq taxıl səpini gözlənilir. Artıq 14 min hektarda şum qaldırılıb, şum altına 27,3 ton mineral gübrə verilib.

Qeyd edək ki, qısa müddətdə 2600 hektardan çox sahədən səpin aparılıb. Əkin rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Yuxarı Seyidlər, Bıçaqçı, Alıcanlı, Şəftəhal, Şahhüseyinli ərazi dairələrində, “Aqrobaz” MMC-də daha mütəşəkkilliklə davam etdirilir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673