Plovda qaz əti

Resept, dadlı yemək hazırlamaq zövq, yaxşı dad bilmə və bir az da riyaziyyat tələb edir. Hər resepti fərqli hala, dada gətirmək sizin əlinizdədir. Həm əlinizdə olan məhsulda, vasitələrdə, həm də “əlinizin duzunda”. 🙂

İki nəfərlik resept – Plovda qaz əti

Plovda qaz əti də bu dediklərimə aiddir. Necə? Səbirli olun. İlk olaraq reseptlə tanış olaq.

Tərkibi: 250 qr. qaz sinə əti, 1 baş soğan (kiçik), 3/4 stəkan düyü, 1.5 stəkan ət suyu, 75qr kərə yağı, yarım yemək qaşığı pomidor tamatı, heyva(böyükdürsə yarısı), yetəri qədər duz, istiot.

Hazırlanması:

Qazın sinə ətini bir qazana qoyuruq. Üzərinə 1.5 stəkan su və yetəri qədər duz əlavə edirik. Duzlu suda 10 dəqiqə qaynadırıq. Ətin suyunu süzərək, ayrı bir qaba alırıq, liflərə ayırırıq. Bir tavada öz yağında 8-10 dəqiqə qovururuq. Bu arada düyünü bol suda yuyub, süsürük. Qaynadılarkən çıxan ət suyunu(təxmini 1.5 stəkan) geniş, lakin dayaz qazana və ya tavaya tökürük. Düyünü və duzu əlavə edərək qarışdırırıq. Qazanın ağzı bağlı halda, ət suyu çəkilənə qədər 10-15 dəq. bişirilir. Sonra 50 qr. kərə yağı kiçik parçalar şəklində doğranıb, düyünün üzərinə əlavə olunur. Taxta qaşıqla qarışdırılaraq, qapağı örtülür və 5 dəqiqəlik dinlənməyə qoyulur. Bu müddətdə heyvanın qabığını soyub, kublar şəklində doğranır. Qovrulmuş ət, plov və heyva birlikdə saxsı qablara (və ya piti qabı) doldurulur. Yaxşı qızdırılmış sobada (170 dərəcə) 15-20 dəqiqə bişirilir. Bir baş soğan kublar şəklində doğranılır, qalan kərə yağı ilə (15qr.) bir tavada qovurulur. Tamat əlavə olunaraq əzilərək qarışdırılır. Plov qablara çəkilirək, üzərinə sosu əlavə olunaraq, isti halda süfrəyə verilir.

Bu yeməyi daha ləzzətli və fərqli necə bişirmək olar deyə bir az araşdırdım. Və oxuduqlarım mənə əvvəldə dediyim cümlələri təstiqlətdi. Süfrəyə təqdim etmə şəklindən tutmuş, tərkibinə olunan əlavə və dəyişikliklər tam bir zövq məsələsidir.

Daha fərqli şəkildə etmək üçün… qaz əti resept

tərkibinə  kartof, kök, sarımsaq, xırda baş soğanlarəlavə edəbəzəmək üçünsə pomidor, göyərti, kəklik otundan istifadə edə bilərsiniz.

Not. Əgər qaz qaxacından istifadə etmək istəsəniz, qaz əti duzlu olduğu üçün ilk olaraq duzdan xilas etmək lazımdır. buna görə də isti suda 20 dəq. saxlayın. Sonra yaxşıca yuyun. qapağı kip örtülən bir qazana qoyun. Üstünə çıxacaq qədər su əlavə edin. Qaynadarkən yanına soğan, dəfnə yarpağı və sarımsaq da əlavə edə bilərsiz. 1-1.5 saat qaynadın. Sonra sümüklərindən ayırın.

Əgər təzə bütov qaz ətindən istifadə etmək istəsəniz, onu yaxşıca qaynadıb, bütün əti sümüklərdən ayıra bilərsiniz. Qaynadarkən duz, baş soğan əlavə edə bilərsiz.

Və saxsı qabda bişirməyəcək olsanız, kiçik tikələr halında, liflərə ayırmadan da hazırlaya bilərsiniz. Bu zaman heyvaya ehtiyac olmayacaq :).

Əsas Mənbə


Əti daha ləzzətli necə bişirmək olar? Öyrənmək üçün…OXU

One thought on “Plovda qaz əti

  • Avqust 15, 2018 at 7:04 axşam
    Permalink

    Gören qazin iyi gelmir bu plovdan? Gelmirse ela reseptdir

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика