Qanunsuz heyvan kəsimi və ət satışı…
Qanunsuz heyvan kəsimi məntəqələrinin sahibləri cərimələndi. Belə ki Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə qanunsuz ət kəsimi və satışı qarşısını alıb və nəzarət etdirilib…
Qanunsuz ət kəsimi və satışı

Bununla bağlı olaraq Agentlik tərəfindən paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib.
Reydlər Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti nəzərə çatdırılıb. Daxili İşlər Nazirliyinin Struktur bölmələri də həyata keçirilib.
Eynizamanlı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib. Həm də qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb.
Belə ki, yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qida Təhlükəsizliyi Agentliyinin qeyri-qanuni
Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə tələb edir. həmçinin bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.

Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.