Qara gavalı

agroexpert_gavaliQədim təbabətdə gavalını uzun sürən qəbizlikdə, mədə qıcqırmasında, aterosklekrozda, böyrək xəstəliyində və revmatizmdə istifadə edirdilər. O, iştaha artıran, mədə ağrısını kəsən və sidikqovucu kimi işlədilirdi. Gavalı hamıya xeyirlidir, xüsusən, bağırsaqları zəif işləyənlərə. Qara gavalının həlimi və kompotu gözəl yüngül işlədici vasitədir. Səhər acqarına yeyilməsi məsləhətdir. Qara gavalı kalium, natrium, kalsium, maqnezium, fosfor, mis, manqan, sink, xrom, yod və ftorla zəngindir. Yatmazdan qabaq 10-20 ədəd qara gavalı yemək, işlədici kimi təsir göstərir. Qara gavalını yeməzdən əvvəl üstünə qaynar su tökmək lazımdır. Onu qaynatmaq və şirinləşdirmək olmaz. Bel ağrısı zamanı gavalının tumunun özəyindən 25 ədəd, 250 ml arağa töküb, 7 gün saxlanılılr, hazır olduqda ağrıyan yerə sürtülür. Qəbizlikdə çaqqal gavalısı çiçəklərindən və yarpaqlarından 2 x.qaşığı 1 stəkan qaynar suda termosda 2 saat dəmlənilir, süzülür və bir dəfəyə içilir. Gavalı düzgün qurudulanda təzə gavalının xassələrini uzun müddət saxlayır. O, ateroskleroz, hipertoniya və böyrək xəstəliklərində vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Qara gavalıdan dəmlənmişi ödqovucu, yüngül işlədici və ümumi möhkəmləndirici kimi istifadə edilir. Sümüklərin möhkəmliyini saxlamaq üçün, xüsusilə yaşlı və uşaqlar quru gavalı yeməlidir. Həmçinin ürək üçün də qara gavalı çox xeyirlidir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669