Qaragöz balığı haqqında bilmədikləriniz

Qaragöz – yastı gövdəli, parıltılı boz rəngdə, gözünün arxa hissəsində, qəlsəmə qapağında qara lent olan bir balıq növüdür. Gözündəki qara lentə görə bu balığa Qaragöz deyilir. Latinca adı Diplodus vulgarisdir.
Bəzi növlərində gözündəki lentin eynisindən quyruğunda da olur. O növə isə mırmır adı verilib. Çapaq və karasın çox yaxın bir qarışığıdır. Təxminən 200 – 400 qr ağırlığında və 20 – 25 sm uzunluğunda olur. Ən çox 50 sm uzunluğunda olanına rast gəlinir. Daş çox olan, yosunluk və midye bol olan yerlərdə sürülər halında yaşayır. Qara dənizdə də bu balığa rast gəlmək olur, ancaq əksəriyyətlə Marmara və Egey dənizi kimi mülayim dənizlərdə yaşayır.

qaragöz balığı

Qaragöz balığının mövsümü nə vaxtdır? Necə ovlanır?

Qaragöz əslən tilov balığıdır. Harpun (nizə) ovuna da gəlir. Dəniz suyunun istiləşməsindən başlayaraq avqusta qədər yumurta tökdüyündən, bu mövsümdə ovlanması həm uyğun deyil, həm də o aylarda çox ləzzətsiz olur. Avqust ayından etibarən ləzzətlənən bu balığın ən ləzzətli olduğu mövsüm payızdır.

Qaragöz balığın bişirmə üsulları hansılardır?

Kommersiya cəhətdən bahalı bir balıq olan qaragöz ağ ətli, olduqca yağlı və ləzzətli balıqdır. Yaxın bir qarışığı çapaq və karas kimi, əsas bişirmə prioriteti dəmir tordur. Ancaq sobada bişirmək və buğlama etmək üçün də çox əlverişlidir. Balıq şorbası da hazırlana bilər. Yağlı bir balıq olduğu üçün qızartmaya üstünlük verilmir. Qurudulmuş, duzlanmış olaraq da istifadə edilə bilər. Artıq balıq fermalarında də istehsal edilməyə başladığından, balıq bazarında piştaxtaların üzərində də daha çox görünməyə başlayıb.

Qaragöz balığının tərkibindəki vitamin və minerallar nələrdir?

Orqanizmə ancaq qidalarla kənardan alınmış çoxlu doymamış yağ turşularından EPA və DHA-nın ən mühüm mənbəyi balıq ətidir. EPA (Eikosapentaenoik turşusu)  və DHA (dokosaheksaenoik turşusu) isə göz sağlamlığı, qanın axıcılığı və beyin funksiyaları baxımından çox əhəmiyyətlidir.

Qaragöz balığının 100 qramında 110 kalori və 18 qram zülal olur. Yumurta, ət, süd kimi keyfiyyətli zülal resurslarındandır. Fosfor, yod, selen, maqnezium, kalsium, A, D və K vitamini, B qrupu vitamin B1, B2, B6 və B12 baxımından çox zəngindir.

Balıqlar haqqında digər məqalələri bu bölməmizdən oxuya bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107