Qarpızla ən fərqli reseptlər
Qarpız haqqında çox danışmaq olar. Bəs qarpız reseptləri haqqında necə?
Agroexpert.az saytı yayın sevimli giləmeyvəsindən hazırlanan fərqli reseptləri sizə təqdim edir.
Qeyri-adi qarpız reseptləri…
QARPIZ DONDURMASI
Tərkibi:
– qarpız 2 dilim
-2 stəkan yağlı süd
-2 xörək qaşığı şəkər tozu
¼ çay qaşığı vanil
Hazırlanma qaydası:
Qarpız,süd,şəkər tozu və vanili blenderlə yaxşıca qarışdırın. Qarışığı bir qabın içərisinə qoyun və bir gecə saxlayın. Dondurma qaşığı ilə servis edin.
Nuş olsun!
QARPIZLI-NANƏLİ SƏRİNLƏŞDİRİCİ İÇKİ
Tərkibi:
-3 stəkanı tumsuz qarpız dilimləri
-1 stəkan limonad
-¼ stəkan təzə nanə yarpağı
buz kubları
Hazırlanma qaydası:
Limonad və qarpız dilimlərini blerderdan keçirin və içərisinə nanə yarpaqları ataraq süfrəyə verin.
Nuş olsun!
ÇİYƏLƏK SALATI – QARPIZLI
Tərkibi:
4 stəkan kub-kub doğranmış qarpız
3 stəkan doğranmış çiyələk
50 qr doğranmış ağ pendir
2 xörək qaşığı sızma zeytun yağı
1 çimdik duz
1 çimdik istiot
1 dəstə reyhan yarpaqları
Hazırlanma qaydası:
Bütün məhsulları bir qabın içinə qoyaraq qarışdırın və süfrəyə verin.
Nuş olsun!
Müəllif: Aysel Selcan