Qaz vur qazan doldur

Çox təəssüf cəmiyyətimizdə belə “inanc” var ki, qaz qışda yeyilməlidir. İndiki dövrdə yetişdirilən bir çox qaz sortlarına aid edilə bilməz bu düstur. Çünki qaz qışda yeyilər deyimi qazların yağlılığına görə yaranıb, (təbii ki, isti yay aylarında yağlı yemək çox ləzət eləməz) indiki bir çox sortlar isə yerli qazlar qədər yağlı deyil. Həm artıq qaz təkcə ətinə görə yox, tükünə, yumurtası və ciyərinə görə də yetişdirilir. Qaz tükünün kiloqramı yerli bazarda 15-20 Azn, xarici bazarda isə daha bahadır. Qaz tükü biznesi haqqında da bir məqalə hazırlayıb bloqumuza yerləşdirəcəyik gələcəkdə.
Fakt budur ki, indi qaz vurub qazan doldurmaq sözün əsil mənasında mümkündür. Qaz biznesi bir-neçə istiqamətdə qurula bilər. Ətlik, bala, yumurta, tük, ciyər biznesi düzəltmək olar, yada hamısını biryerdə də eləmək mümkündür. Bunlardan ən səviyyəlisi Fua-Gra deyilən qaz ciyəri ticarətidir. Qazları müəyyən metodla böyüdüb, ciyərlərini Avropaya kiloqramı 150-200$-a export eləmək mümkündür.
Ətlik istiqamətdə isə bir nüansı qeyd edim hələlik. Bəzi qaz cinslərinin çəkisi 8-10 kq-a kimi çata bilir. Qaz cinsləri haqqında ətraflı məqalə də hazırlanacaq. Mənim tövsiyyə elədiyim Linda və Xalmaqor qaz cinsləridir.
Qaz ticarətinin üstünlüklərindən biri, bəlkə də ən önəmlisi qazların demək olar ki, xəstələnməməsidir. Soyuğa və istiyə dözümlü heyvanlardır. Qida rasyonunu çox geniş tutmaq mümkündür.
Mənfi tərəflərindən isə səs-küyləri qonşuları və sizi narahat edə bilər. Qazlar bütün heyvanlar kimi suyu sevir amma nəmişlik, stress və yelə qarşı dözümsüzdürlər.
Qısaca bunu yazım ki, normal 100 başlıq qaz fermasında illik qazanc 15-25 000 Azn arası dəyişir. Bunu necə edirlər ətraflı sonrakı məqalədə yazacayıq.