Qənd və şəkər tozu istehsalı enmədədir

Əgər sağlam yaşamaq istəyirsinizsə menyunuzdan bəzi qidaları çıxartmalısınız. Qənd, şəkər tozu bu siyahıda ən yuxarıda duranlardandır. Şəkər tozunun insan orqanizminə vurduğu zərər narkotiklərin verdiyi zərər qədərdir. Şəkər tozunun bizim zəmanəmizə qədər yayılması narkotik kimi asılılıq yaratmasıdır….

Qənd və şəkər tozun istehsalı

qənd və şəkər tozuDövlət Statistika Komitəsi istinadən xəbər verir ki, qənd və şəkər tozu istehsal edilmişdir:

  • 2018-ci ilin yanvar-avqust dövründə 106,9 min ton;
  • 2017-ci ilin eyni dövrü ilə müqayisədə 35,7% azdır;
  • 2017-ci ilin yanvar-avqust dövründə 166,3 min ton.

Xatırlama…

Qeyd edək ki, ötən ilin yanvar – avqust dövründə bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə qənd və şəkər tozu istehsalı  40,3 faiz azalmışdı. Belə ki, 2016-cı ilin 8 ayı ərzində 278,4 min ton qənd və şəkər tozu istehsal edilmişdir.

2016-cı ilin 8 ayı ilə müqayisədə cari ilin 8 ayında istehsal edilmiş qənd və şəkər tozu 2,6 dəfə azdır.

Qənd və şəkər tozun idxalı…

Daxili istehsalın azalması ilə bərabər idxalın da azalması təəccüblüdür. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2018-ci ilin 8 ayı ərzində Azərbaycana 54 milyon 477 min dollar dəyərində 148 min 852 ton şəkər idxal olunub. 2017-ci ilin 8 ayı ərzində 109 milyon 394 min dollar dəyərində  233 min 135  ton şəkər idxal olunmuşdu.

Qənd və şəkər tozun zərərləri…

Şəkər tozundan bir müddət istifadə edən sonralar onun istifadəsini dayandıra bilmir. Ancaq onu qəbul edənlər nə qədər təhlukəli olduğunu bilmir. Nensi Eplton “Şəkərsiz həyat” kitabında şəkər tozunun insan bədəninə verdiyi zərələr barədə çoxlu məlumatlar yazıb. O şəkərin qəbulunu azaldmaq məksədi ilə 59 ziyanın siyahısını tərtib edib:

  • İmmuniteti aşağı salır;
  • Uşaqlarda diqqətin dağılması, həyəcanlanma əmələ gətirir;
  • Süd vəzinin, yumurtalığın, bağırsaqların xərçəng xəstəliyini sürətləndirir;
  • Yaralı kolit əmələ gətirir;
  • Skleroza səbəb olur;
  • Babasil əmələ gətirir;
  • Hamiləlik əleyhinə dərman qəbul edən qadınlarda insulin çatmazlığına səbəb olur;
  • Diş əti xəstəlikləri yaradır;
  • Uşaqlarda yuxululuq verir;
  • Baş ağrısı verə bilir;
  • Qida allergiyasının əmələ gəlməsinə səbəb olur;
  • Şəkərli diabetin əmələ gəlməsinə səbə olur;
  • Hamilələrdə toksikoz verə bilir;
  • Uşaqlarda dəri səpgiləri yaradır;
  • Ürək damar xəstəliklərini sürətləndirir;
  • Qanın laxtalanmasını artırır və s.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107