Qida Təhlükəsizliyi İnstitutu yüksək maaşla işçi axtarır (VƏZİFƏLƏR)

Xaricdə təhsil almış gənclər yüksək məvaciblə işə dəvət olunur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Agroexpert.az-a verilən məlumata görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu xarici ölkələrdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda və qurumun regional sınaq laboratoriyalarında

VAKANSIYA
  • bioloq,
  • mikrobioloq,
  • virusoloq,
  • kimyaçı,
  • aqronom,
  • həkim laborant,
  • sanitariya həkimi,
  • epidemioloq,
  • toksikoloq,
  • molekulyar bioloq,
  • torpaqşünaslıq,
  • iqtisadiyyat,
  • maliyyə və mühasibat uçotu,
  • idarəetmə üzrə mütəxəssis,
  •  baytar həkimi və fitosanitar mütəxəssis

ixtisasları üzrə (yaş həddi 23- 50) yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur.

Müraciət etmək istəyən şəxslər 19.11.2018-ci il tarixindən 24.12.2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər.

Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573), (530). email: hr.aqti@afsa.gov.az

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика