Qırmızı lobya
Bütün dünyada mətbəxlərində geniş istifadə olunur və sevilir. Çünki qırmızı lobya ən faydalı və qiymətli məhsullardan biridir.
Qırmızı lobya zülala və kaloriliyinə görə ətdən üstündür.
Lobyanı qida rasyonunuza daha çox daxil edin. Bu həm sağlamlığınız, həm də gözəlliyiniz üçün çox faydalıdır.
Qırmızı lobyanın əsas faydaları arasında aşağıdakılar daxildir:
— B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır.
— Qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və «pis» xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksinlər və şlaklardan təmizləyir.
— Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas «tikinti materialıdır». Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.
— Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır.
— Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini yaxşılaşdırır.
— Antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə qocalma proselərini ləngidir.
Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmazlığı döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur.
— Kaliumla zəngindir. Ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.
— Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcuddur.
Maraqlı məqalədir.