Qırmızı zəriflik – Lalə çiçəyi
Türk dünyasının Divan Ədəbiyyatında xüsusi yeri olan lalə qədim Roma mədəniyyətindən gəlib. Lalə ədəbiyyatda uğursuz sevgilərin simvoludur. Böyük sahələrin ortasında kortəbii olaraq bitən bu qara və qırmızı çiçəklərin suyu qədimdə sevgi dərdi çəkənlər üçün çıxarılır və içirilirdi. Bunu içərək sevgi xəstələrinin əzablarını rahatlaşdıracaqlarına inanılırdı.
Xaşxaşkimilər fəsiləsinə aid olan lalə çox zərif bir bitkidir. Lalə bitkisi ildə bir dəfə – mart və ya apreldə çiçək açır. Lalə toxum ilə deyil, bala soğanlar ilə çoxaldılır. Bu bitkini toxum ilə yetişdirmək çox çətindir. Bu üsul yalnız yeni növlər üçün istifadə edilir.
Əsasən bir soğan bir çiçək açır, amma bir soğanda iki və ya üç çiçək açan lalələr də vardır. Bir və ya birdən çox olsa belə ildə bir dəfə çiçək açarlar. Çoxlu çiçək açan lalələr çiçəklərini bir-birinin ardınca açırlar.
Ölkəmizin bir çox bölgəsində lalə bitir. Ancaq çiçək açma vaxtına görə bəzi bölgələr ilk sırada gəlir.
Lalələr həyətdə və dibçəkdə yetişdirilməyə uyğun çiçək deyil. Çünki torpaqdan çıxarıldığı zaman qısa müddətdə solurlar.
Lalə çiçəyinin xüsusiyyətləri

- Lalə çiçəyi yabanı olaraq yetişir. Gözəlliyini yazda yol kənarlarında göstərməyə başlayır. Bununla yanaşı, xüsusilə becərildiyi yerlər də vardır.
- İncə və uzun bir gövdədə məxmər kimi toxuması olan çox nazik ləçəklərə malikdir. Əsasən qırmızı, eləcə də ağ olan bu yarpaqların alt qovşağında qara xətlər vardır.
- Uzunluğu 50-60 sm-ə çatan bitkinin sapı yaşıldır, tükcüklərlə örtülü olub, dik bir quruluşa malikdir.
- Çiçəyin altındakı yarpaqlar uzun saplaqlı, gövdə yarpaqları saplaqsız və gövdəyə bitişikdir.
- Qırmızı, sarı və ağ rəngli çiçəkləri vadır.
- Lalə yay fəslinin başlanğıcında artıq solmağa başlayır, polen tozunu iyul və avqust ayının səhər saatlarında (5:30 ilə 10:00 arasında) yayır. Bu polen ilə həşəratları özlərinə cəlb edirlər.
- Bu zərif görünüşlü çiçəyin ətri yoxdur.
- Lalə çoxillik deyil. Torpaqdan çıxarıldıqdan sonra qısa müddət ərzində canlılığını itirir. Suya qoymaq kifayət etmir.
- Bir illik bitki olan lalə toxumla çoxaldılır. Çiçək qurumağa başlayanda əvvəlcə ləçəkləri tökülür, toxum daxili qabda aydın görünməyə başlayır. Bir kapsula bənzəyən bu hissə qəhvəyi olduqda tam quruma baş verir və toxumlar artıq çıxarıla bilir. Yerə əkilən toxumlardan yeni xaşxaşlar alınır.
- Lalə evdə böyümək üçün uyğun deyil. Balkonlarda və bağlarda daha rahat inkişaf edir.
- Lalə çiçəyinin çox incə ləçəkləri var və bu ləçəklərə toxunmaq olmaz. Çünki həssas ləçəklər zədələnə bilər.
- Yarpaqların həssaslığı bitkinin qayğısına təsir göstərir. Məsələn, suladığınız zaman yuxarıdan sulamaq lazım deyil, bitkinin torpağına birbaşa su vermək lazımdır. Çünki suyun ağırlığı bitkini məhv edə bilər.
- Laləni külək çox olan yerlərdə böyütmək olmaz. Belə ki, onun zərif quruluşu külək tərəfindən zədələnə bilər.
- Lalə sərbəst yaşayan bir çiçəkdir. Bu səbəbdən təbii torpağı sevir. Torpağın vitamin əlavələrinə və ya gübrələrə ehtiyacı yoxdur. Bu əlavələr çiçəyə zərər verə bilər.
Lalə çiçəyi harada istifadə olunur? Faydaları nələrdir?
- Məlumdur ki, lalə tibbdə bəzi dərmanlarda sakitləşdirici vasitə kimi istifadə olunur. Yüngül sakitləşdirici xüsusiyyətə malikdir. Bununla birlikdə Türkiyədə lalənin qırmızı yarpaqlarından hazırlanan şərbəti də məşhurdur. Yalnız sirop deyil, həm də lalə mürəbbəsi Türkiyə bölgələrində məşhur olan başqa bir məhsuldur.
- Lalə çiçəyi istifadədən əvvəl günəşdə qurudulur, zeytun yağı ilə qarışdırılaraq istifadə edildikdə öskürək, soyuqdəyməyə yaxşı təsir edir. Bununla birlikdə, qızartılar üçün xeyirli olduğu və ekspektoran bir xüsusiyyəti olduğu məlumdur.
- Yuxusuzluq problemi olanlara tövsiyə olunan lalə çiçəyinin mədə xəstəlikləri üçün müsbət təsiri vardır və sirkə ilə qarışdırılan lalənin çiçək suyu baş ağrısını azaldır.