Qış aylarının sevilən ləzzəti balqabaqlı paxlava (RESEPT)

Qış aylarının əvəzolunmaz dadı olan balqabaqla dadlı yeməklər və şirniyyatlar hazırlanır. Hər növ şirniyyat növünə uyğun olan balqabaqdan tort, cheesecake (çizkeyk), dondurma, hətta balqabaqlı plov, qutab qışda hər kəsin favorisidir. Agroexpert.az bu gün sizlərə ləzzətli və asan hazırlanan balqabaqlı paxlava reseptini təqdim edir.

balqabaqlı paxlava
Tərkibi:
  • 12 yarpaq paxlava yuxası
  • 1 stəkan əridilmiş kərə yağı
İçlik üçün:
  • 1 kq soyulmuş balqabaq
  • 1 stəkan çəkilmiş qoz ləpəsi
  • 1 stəkan şəkər tozu
  • 2 çay qaşığı darçın
  • 1 çay qaşığı vanil
  • un
Şərbət üçün:
  • 3 stəkan şəkər tozu
  • 3 stəkan su
  • yarım limonun suyu
Balqabaqlı paxlavanın hazırlanma qaydası:

Şərbəti hazırlamaq üçün şəkər tozunu və suyu bir qazana tökün. Su qaynamağa başladıqdan sonra 5 dəqiqə qaynadın. Limon suyunu əlavə edib qazanı ocaqdan götürün.

İçlik üçün balqabağı rəndələyib 2 saat süzgəcdə gözlədin. Əlinizlə sıxaraq suyunu süzün. Balqabağı böyük bir qaba tökün. Qoz, darçın, vanil və 1 stəkan şəkər tozunu əlavə edib qarışdırın. 6 yuxa yarpaqlarının aralarına əridilmiş kərə yağı yaxaraq soba sinisinə üst-üstə düzün. Ən üstdəki yuxanı da yağıayın və bir az un səpin. Balqabaqlı içliyi yuxanın üzərinə yayın. Qalan 6 yuxanı da aralarına kərə yağı yaxaraq içliyin üzərinə düzün. Son yuxanın da üzərinə kərə yağı yaxın və iti bir bıçaqla kəsərək dilimləyin. Paxlavanı əvvəlcədən 180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin. İlıq şərbəti isti paxlavanın üzərinə gəzdirərək tökün. Soyuduqdan sonra paxlava dilimlərini süfrəyə verə bilərsiniz.

paxlava kesimi

Nuş olsun!

Balqabaqdan hazırlanan dadlı yeməklərdən biri olan Bakı mətbəxinin dadlı “Qəlyə”yeməyinin reseptiylə bu məqaləmizdən tanış ola bilərsiniz..

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Qış aylarının sevilən ləzzəti balqabaqlı paxlava (RESEPT)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107