Qış aylarının sevilən yeməkləri- Xaş-Kəlləpaça (RESEPT)

Xaş ya Kəlləpaça – Orta Şərq və Cənubi Qafqaz mətbəxinin yeməklərindən biridir. İran, Bosniya, Herseqovina və Türkiyədə Kəllə-paça adlanır .

Xaş dananın və qoyunun  imkan daxilində qabaq ayaqlarından (dırnaqlarından) hazırlanır. Çox vaxt xaşa qarın nahiyyəsinin hissələri əlavə olunur. Sirkə-sarımsaq və ya abqora ilə yeyilir. Xaş yeməyi zamanı lavaş, təndir çörəyindən və müxtəlif növlü turşu (tutmalardan) da istifadə olunur.

Xaş yeməyinin tərkibi:
xas
  • 2 ədəd mal ayağı və ya qoyun ayağı
  • 10 qr sarımsaq
  • 40 qr üzüm sirkəsi
Hazırlanma qaydası:

Malın ayaqlarını tükdən təmizləmək üçün odla ütün. Bir neçə dəfə yuyub, oynaqlar üzrə 2-4 yerə bölün. Bunları böyük bir qazana qoyub üstünə su tökün. Kəfini yığıb su qaynamağa başladıqda boşaldın. Yenidən ayaqları yuyub təmiz suyun içinə tökün. Qazanda su 15-20 sm ayaqları örtməlidir. Malın ayaqları qaynayıb bişməsi üçün zəif ocaqda vaxtaşırı kəfi yığaraq bişirin.  Sona yaxın duz, iri istiot və dəfnə yarpağı əlavə edin. Ayaqlar o həddə qədər bişirilir ki, əti sümükdən ayrılsın. Xaş gecədən səhərə kimi bişirilir (22.00-dən 6.00-dək). Suyun miqdarı iki dəfə azalır. Ət sümükdən ayrılarkən, bulyon yağlı qızılı rəngdə olmalıdır. Xaş sirkəli sarımsaqla, nar turşusu, şoraba və göyərti ilə yeyilir.

Qeyd: Bəzi adamlar baş soğan atırlar ki, kəf yaxşı yığılsın və kök salırlar ki, suyu şəffaf olsun. Bişirilmənin yarısında soğanı və kökü çıxarın. Xaş bişirilən zaman duz vurulmur, o ayrıca süfrəyə verilir. Həkimlər xaşı sınıqda tövsiyə edirlər.

Kəlləpaça yeməyinin tərkibi:

kellepaca
  • 200 qr qoyun və ya dana başı
  • 150 qr qoyun və ya dana ayaqları
  • 40 qr qarın
  •  5 qr sarımsaq
  •  10 qr üzüm sirkəsi
Hazırlanma qaydası:

Qoyunun başı və ayaqları ocaqda ütüb  bıçaqla qaşıyın. İsti -isti dırnaqları çıxarın.  Bundan sonra ilıq suda bıçaqla qaşıyaraq təmiz yuyun. Çapacaqla ayaqları 2 – 3 yerə bölün və dırnaqların arasını yararaq içəridə olan hissəni çıxarıb atın. Başı 2 hissəyə alt və üst çənəyə ayrın.

Qarın yuyulub təmziləndikdən sonra 4 – 5 yerə bölün. Hər hissəni qaynar suya salıb bıçaqla qaşıyın. Təmizlənmiş qarnı 4 – 5 sm böyüklükdə doğrayıb kəllə olan qazana tökün və odun üstünə qoyun. Qaynadıqca kəfini götürün. Ancaq duz tökməyin! Bişdikdən sonra iri sümükləri çıxarın. İri ət parçalarını doğrayıb yenə qazana töküb bişirin. Süfrəyə verilən zaman boşqaba bişmiş ət qoyun , üstünə bulyon töküb və ayrıca olaraq xörəyin yanında sarımsaqlı sirkə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107