Qızıldan da qiymətli meyvə-tərəvəzlər
Təqdim edəcəyiniz qiymətlər bir zərgərlik vitrinində deyil, sadəcə meyvə- tərəvəz dəzgahındadır!
İnsan həmişə mükəmməl olmağa çalışır. Bu xüsusiyyət yemək və içməkdə daha bir addım irəlidədir. Qiymətləri ilə insanları təəccübləndirən meyvə-tərəvəzlər bunun ən bariz sübutudur. Bəzilərinin yetişməsi 14 il çəkir, bəzilərinin yetişməsində çox xüsusi bir səy tələb olunur. Bu meyvələr bir araya gəldikdə isə qiymətlərinə görə zərgərlik mağazasının vitrininə bənzəyir.
Bu yazımızda sizlərə getdikcə daha çox rast gəlinən qızıl dəyərində olan meyvə və tərəvəzləri təqdim edirik.

Yubari şah qovunu
Yaponiyada yetişən Yubari şah qovunları demək olar ki, bir avtomobil qiymətinə satılır. Onlardan ikisinə 26 min dollar ödənilən bu bostan bitkisi Yaponiya ənənələrinə görə cüt olaraq hədiyyə olunur. Hokkaydo adasının ənənəvi meyvəsi olaraq tanınan şah qovunu istixanalarda yetişdirilir. Meyvənin toxumları 12 min dollara satılır.
Kupuaku
Cənubi Amerikada doğma olan kupuaku meyvəsi hindistan çevizinə bənzəsə də, əslində kakao ailəsinin üzvüdür. Amazon bölgəsində böyüyən və sağlamlığa çox böyük faydası olan bu meyvənin 450 qramı 250 dollara satılır. Kupuaku, olduqca sərt bir qabığa malikdir və çox kəskin bir dadı var.
Monstera deliciosa
Görünüşü ilə qozaya bənzəyən Monstera Deliciosa, Cənubi Meksika və Qvatemalada böyüyən tropik bir meyvədir. Meyvənin yetişməsi bir il çəkir. Qəribə bir qoxu və dadı olan Monstera Deliciosa-nın adı həmin ərazilərdə çox məhşurdur. Banan və ananas qarışığı olan meyvə 50 dollara satılır.
İngilis ananası
Yalnız İngiltərənin Kornuall bölgəsindəki məşhur Heligan bağlarında yetişən bu xüsusi ananasların biri 1600 dollardır. Çürümüş peyinlə qarışmış palçıqda yetişən bu ekzotik meyvələr çox tez böyüyür. İndiyə qədər satılan ən bahalı İngilis ananasının qiyməti 15 min dollardır.

Yapon yaqut üzümü
Yaqut və ya süfrə üzümü kimi tanınan bu üzümlər 14 il qədər uzun müddət böyüyür və stolüstü tenis toplarının ölçüsünə çatır. Bu üzümün 1 salxımı tam 4 min dollara satılır. Xüsusi istehsal olunan üzüm turş dadı və yumşaqlığı ilə fərqlənir.
Durian
Parlaq görünüşü ilə diqqəti cəlb edən bu meyvəyə Bruney, Malayziya və İndoneziyada durian deyilir. Meyvələrin padşahı kimi tanınan durian, pis qoxusu ilə bütün dünyada məşhurdur. Bu pis xüsusiyyətinə baxmayaraq, təsir edici ləzzəti onu istehlakçılar üçün dəyərli edir. Durianın bir meyvəsi 200 dollara satılır.
Yapon Densuke qarpızı
Şimali Yaponiyanın Hokkaydo bölgəsində yetişən və qara rəngi ilə fərqlənən Yapon Densuke qarpızı, bazardakı tipik qarpızdan daha böyükdür. Hər il 10 min ədəd qədər yetişdirilən bu qarpızın qiyməti 6100 dollardır. Densuke qarpızı çox az yetişdirilir və tez-tez hədiyyə verilir.