Respublikamızda Tütünçülüyün inkişafı

tütnçülüyün inkişafı agroexpert.azTütün badımcançiçəklilər fəsiləsinə aid olub tropik ölkələrdə yayılmışdır. 1700-dən cox növü vardır. Badımcançiçəkçilər fəsiləsi bitkilərinin əksəriyyəti alkoloidlərlə zəngindir. Bu fəsilənin numayəndələrindən bizim ölkəmizdə tütün,  pomidor,  kartof, badımcan, bibər geniş yayılmışdır. Tütünün Nikosiana cinsi bir cox növləri özündə birləşdirir. Nikosianum tabakum ve ya adi tütün birillik ot bitkisidir. Kök sistemi mil şəklində olub, əsas kökü bol şaxələnir. Kök sisteminin əsas kütləsi 20-40 sm dərinlikdə yayılır. Gövdəsi düz, silindrik, kifayət qədər yoğun olub, bugumaraları gövdənin təpəsinə dogru uzanır.

Yarpaqları müxtəlif ölçüdə və bütövkənarlıdır. Yarpagın uzunlugu 10-50 sm, eni 8-30 sm-ə çatır. Biz bitkidə yarpaqların miqdarı 12-dən 50-yə qədər olur.

Çicək qrupu. Çoxçiçəkli süpürgədir. Formasına görə radius dagınıq və ya konusşəkillidir. Toxumun mütləq çəkisi 0,6-0,08 qramdır. 1 qramda 10-15 min toxum olur.

Azərbaycanda rayonlaşdırılmış tütün sortlarından Tabzon-93, Sinqapur B-2747, Samsun-27, Dikqulaq-235, Dübek-44 ve s misal göstərmək olar.Tütün çəkmə istər adamın özü ücün, istərsə də onun çəkdiyi tütünün tüstüsünü udan adamların saglamlıgı ücün zərərlidir.

Tütünün ən qiymətli hissəsi limon və alma turşularıdır. Limon turşusunun miqdar çöx olduqca tütünün  keyfiyyəti yüksək olur. Hazırda tütün və tənbəki limon turşusunu almaqdan ötrü əsas mənbədir. Bundan əlavə tütünün tərkibində alma, armud ve s turşular vardır və bu turşuların alınmasında istifadə olunur. Nikotin preparatları, farmaseptik məlumat və qıcqırma vasitələri almaqdan ötrü əsas xammaldır. Toxumunda 40%-ə qədər yag vardır. Tütün yagı zəhərlidir. Ona görə də bu yagdan sabunbişirmədə və rəngləmə sənayesində tədbiq olunur.

Tütün istisevən bitkidir. Tütün toxumu 10-12 dərəcə temperaturda cücərir. Gündəlik temperatur 20-28 dərəcə və kifayət qədər rütubət olduqda toxumlar sürətlə böyüyür. Toxumlar 10-15 günə cücərir. Bundan sonra toxmacarlar inkişaf edib ləpələnir yəni xac formasında qulaqcıq əmələ gətirir. Bu şitil yarpaqlarının qaxması ilə xarakterizə olunur. Bu fazada 20-25 gün sonra tam yetişkənliyə çatır və tarlaya əkmək üçün yararlı olur. Tarlaya əkiləndən sonra kök əmələ gətirənə qədər böyüməsi dayanır.

Vegetasiya müddəti 110-125 gün çəkir. Şitil əkiləndən sonra suya təlabat artır. Yarpagın texniki yetişkənlik dövründə mülayim istilik və quru hava ondan ötrü çox əlverişlidir.

Tütün üçün ən yaxşı torpaqlar mexaniki tərkibi yüngül,turşulu və humuş faizi çox yüksək olmayan torpaqlardır.

Tütünün toxumları çox xırdadır,buna görədə tarlaya birbaşa səpilməsi müsbət nəticə vermir. Bunun üçün parnik salınmalıdır.

Bir ha əkindən ötrü 8 m2 sahədə parnik  üçün yer ayrılır və onun 40 m2– də toxum səpilir. Bundan isti, yarımisti və soyuq parniklər salınır. Dağlıq yerlərdə isti, aran yerlərdə isə soyuq parniklər salınır. Parniklərə toxum dağətəyi zonada fevralın 10-20 – dən martın 10-15 nə qədər, açıq torpaq fevralın 20-25 dən havadan aslı olaraq martın 20-30- a qədər səpilir. Bundan sonra parnikə aqrotexniki qulluq göstərilir.

Əkin üçün torpaq payızda oktyabrda 27 sm dərinlikdə şumlanır, bu zaman şum altına superfosfat gübrəsi hər hektara 300 kq, kalium 180 kq verilməsi məsləhətdir.

Erkən yazda üzləmə aparılır, sahə malalanır. Sonra 10-12 sm dərinlikdə kultivasiya çəkilir.

Əkin, sortundan asılı olaraq məs: trabzon sortunun 60×20 sm , sivriyarpaq sortu 70×25 sm sxemi üzrə çəkilir. Bundan başqa kvadrat yuva üsulu ilə 50×50 sm ve ya 60×60 sm sxemi üzrədə əkilir.

Əkinə aqrotexniki qulluq göstərilir yəni azot gübrəsinin verilməsi, suvarma, xəstəlik və ziyanvericələrinə qarşı mübarizə və s tədbirlər yerinə yetirilir.

Məhsul yığılandan sonra uzun iynə vasitəsi ilə düzülür, qurudulur. Qurudulmuş tütün çeşidlərə ayrılır, dəstə bağlayıb laylara yığılır sonra fermentasiya edilir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика