Reyhan necə yetişdirilir?

Reyhan necə yetişdirilir? Bu sualın cavabını bugunkü məqaləmizdə sizlərə ətraflı izah edəcəyik.

Reyhan gözəl qoxusu və spesifik dadı ilə bir çox insanın sevdiyi şəfalı bitkilər arasındadır.

Evdə yetişdirildiyi zaman bu bitkinin qoxusu bütün evə hüzur verir. Həm dadı, həm də rəngi ilə fərqliliyə sahib olan reyhan yetişdirərkən bəzi məqamlara diqqət yetirməlisiniz.

Bu məqaləmizdə sizə reyhanın necə yetişdirilməli olduğu haqqında məlumat verəcəyik.
reyhan agroexpert.az

 Reyhan qayğı tələb edən bitkidir və düzgün diqqət yetirilmədiyi zaman asanlıqla solur. Buna görə də ona xüsusi diqqət və qayğı lazımdır. Reyhan istini sevən və küləyə məruz qalmağı sevməyən bir bitkidir. Buna görə də onu soyuq havalarda əkməyiniz daha məsləhətlidir ki, yetişdiyi zaman havalar artıq istiləşmiş olsun.

Mülayim iqlimə sahib olan bir yerdə yaşayırsınızsa, rahatlıqla reyhan yetişdirə bilərsiniz. Bunu istəsəniz evinizdə bir  dibçəkdə, ya da bağda asanlıqla edə bilərsiniz.

Reyhan bitkisi necə əkilir?

Bu bitkini yanvar və fevral aylarında gözəl və qida dəyəri yüksək olan bir torpaqda əkilməlidir. Əvvəlcə qidalı maddələrlə zəngin olan torpağı dibçəyə doldurun və bir az nəmləndirin. Bunun ardınca reyhan toxumlarını duz səpirmiş kimi nazik bir təbəqə halında torpağın üzərinə səpin.

Daha sonra əlinizə bir az torpaq götürün və toxumların üzərini örtmək üçün səpin. Əllərinizlə çox sərt basmadan torpaq ilə toxumların üstünü örtün. Bundan sonra isə yüngül bir suvarma edərək toxumları növbəti gün üçün hazırlayın. Bununla da toxumların əkin prosesi başa çatır.

Reyhan bitkisi necə yetişdirilir?

• Reyhan bitkisini mütləq günəş işığı alacağı bir yerə qoyduğunuza (əkdiyinizə) əmin olun. Çünki bu bitkinin daha yaxşı böyüməsi və daha qidalandırıcı olması üçün gün işığı mütləqdir. Reyhanın gündə ən azı 4 saat günəş işığı alması lazımdır. Həmçinin o, külək və soyuq görməməlidir.

• Reyhan suyu çox sevən bir bitki deyil. Buna görə də həftədə bir dəfə suvarılmaq ona kifayət edəcəkdir.

• Reyhanı suvararkən də ehtiyyatlı olmağa çalışım. Suvarma zamanı yarpaqlara çox toxunmadan sadəcə kökləri sulamağa diqqət edin.

• Reyhan fidanlarını məsafəli əkməyə diqqət yetirin. Çünki bu bitkilər böyüdükləri zaman daha geniş yerə ehtiyac duyacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика