Rusiya buğdanı Türkiyəyə bitkoinlə satdı
Keçən ilin dekabr ayında Rusiya və Türkiyə arasında kriptovalyuta ilə ilk ticarət əməliyyatı baş tutdu: Türkiyə bitkoin ödəyərək buğda aldı.
Samsun operatorundan alınan 3 min ton rus taxılına ödəniş etmək üçün ticarət əməliyyatı, böyük yükdaşımalar sahəsində blokçeyn rəqəmsal texnologiyası ilə test tranzaksiya kimi Prime Shipping Foundation şirkəti tərəfindən Quorum Capital Ltd. və İnterchart LLC-nin əməkdaşlığı ilə həyata keçirilmişdir.
Texniki detallar açıqlanmır. Hələlik bu məlumdur ki, kənd təsərrüfatı mallarının alqı-satqısı zamanı kriptovalyutadan istifadə, dünya valyutalarını bitkoinə və əksinə anında konvertasiyasına imkan verəcək.
Biz mövcud olanlardan daha sürətli və sadə beynəlxalq ödəmə sistemi qurmağa çalışırıq.
Prime Shipping Foundation CEO
Bütün bunlar nə üçündür?
Suriya kimi ölkələrə tətbiq edilən beynəlxalq sanksiyalar Amerika dollarını əldə etməyi məhdudlaşdırıb, ərzaq idxalı yollarını bağlayıb. Buna görə rus şirkəti kriptovalyuta alqı-satqısını tətbiq etməklə yararlanmağa çalışıb.
Hal-hazırda Prime Shipping Foundation şirkəti dünyada kriptovalyutaların müdafiəsi haqqında qanun qəbul edən ilk dövlətlərdən biri olan-Cəbəllütariq ərazisində bank lisenziyası əldə etməyə çalışır. Bundan əlavə şirkət öz kriptovalyutasını hazırlayır və bu sahənin maliyələşməsini artırmağı planlayır.
Eyni zamanda ekspertlər vurğulayır ki, kənd məhsulları bazarının yüksək volatilliyi bitkoin vasitəsi ilə tranzaksiyaların yerinə yetirilməsini çətinləşdirə bilər.
Xatırladaq ki, Rusiya, rublun ucuzlaşması ilə öz taxılını hətta İndoneziyakimi uzaq ölkə bazarlarına çıxara bilib. Bu Amerika, Avropa İttifaqı və Avstraliya daxil olmaqla, ənənəvi bazar təchizatçılarının payını azaldıb. Misal üçün, keçən mövsümdə Sudana rus buğdasının ixracı 87% artmışdır ki, bu da afrika ölkəsini rus buğdası üçün 7-ci ən böyük müştəriyə çevirmişdir.
Bir digər məqaləmizdə blokçeyn texnologiyası vasitəsi ilə ərzaq məhsullarının keyfiyyətinə necə nəzarət edildiyi haqqında yazacayıq.
Mənbə: http://aggeek.net/ru/markets/id/zachem-rossija-prodala-turcii-pshenicu-za-bitkoiny-644/