Şabalıd balının möcüzəvi faydaları

İmmunitet sistemini gücləndirən bal növləri arasında, şabalıd balının faydaları saymaqla bitmir. Təbiətin bizlərə əziz bir ərməğanı olan balın, xüsusilə mövsüm dəyişikliklərində yaşanan qış xəstəliklərinə qarşı orqanizmin yaxşılaşmasında müsbət təsirə malikdir. Bu təsirləri daha sürətli olan şabalıd balının faydaları haqqında Agroexpert.az-ın araşdırmasını təqdim edirik.

şabalıd balı

Bal, bildiyiniz kimi ən güclü antibiotik təsirə malikdir. Balın, qış xəstəlikləri və qripə qarşı immunitet sistemini möhkəmləndirdiyi, yara və iltihab yaxşılaşmasında müsbət təsirə malik olduğu məlumdur. Xüsusilə şabalıd balının faydaları, bal növləri arasında böyük əhəmiyyət daşıyır. Şabalıd balı, digər ballara görə daha tünd rəngli və 2 dəfə çox dəmir ehtiva edir. Yüksək nisbətdə früktozadan ibarətdir və buna görə də gec xarlayır.

Şabalıd balının faydaları

Şabalıd balının faydaları saymaqla bitmir. İçərisində yüksək miqdarda mineral, tozcuq və tanen daxildir. Tünd sarı ilə qara arasında olan tünd rəngli bir baldır və içində az miqdarda turşu olur. Şabalıd balının özünəməxsus ətirli ləzzəti var və dadandan sonra acı bir dad qalır.  

Qocalmağın qarşısını alır

İçərisində yüksək miqdarda antioksidantlar var və bunun sayəsində sərbəst radikalların aradan qaldırılmasına köməkçi olur. Beləliklə, bədəni qocalma təsirlərindən qoruyaraq gənc qalmağınıza köməkçi olar.

Fiziki yorğunluğu azaldır

Şabalıd balında olan yüksək miqdardakı fruktozalar yaxşı bir enerji mənbəyi kimi xidmət edir. Bundan əlavə  bir qaşıq şabalıd balı fiziki yorğunluğu dərhal azaldır.

Sızanaqları yaxşılaşdırır

Şabalıd balının antibakterial təsiri, sızanaqlar üzərində yaxşılaşdırıcı bir təsir yaradır. Şabalıd balını birbaşa üz maskası kimi istifadə etmək və ya yulaf əzməsi ilə qarışdırmaq iltihablanmağı və dərinin sızanaqlarını azaldır.

İmmunitet sistemini gücləndirir

Şabalıd balının içərisindəki dəmir, B vitamini, C vitamini və antioksidantlar kimi yüksək miqdardakı minerallar əzələlərin gücləndirilməsi, qan dövranını sürətləndirməsi, immunitet sistemini möhkəmləndirməsi kimi müxtəlif bədən funksiyalarını dəstəkləyir. Əlavə olaraq qaraciyər və mədə kimi orqanların fəaliyyətlərini də gücləndirir.

 Şabalıd balının digər faydaları:

  •  Prostat şikayətlərinə qarşı faydalıdır.
  •  Sinirləri gücləndirir.
  •  Qaraciyər çatışmazlığı və şişkinliyə yaxşı təsir edir.
  •  Mədənin işini yaxşılaşdırır.
  •  Qan damarlarını möhkəmləndirir və varikozlu damarların əmələ gəlməsinin qarşısını alır.
  •  Əzələləri qüvvətləndirir.
  •  Astma, bronxit və nəfəs darlığına yaxşı təsir edir.
  • İştahanı açır.
  •  Badamcıq vəzisində əmələ gələn iltihabları aradan qaldırır.
  •  İflic xəstələrinə şəfadır.

Qeyd:  Azərbaycanda bu bal növü, əsasən Qəbələ və Zaqatala rayonlarında çox olur.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107