Sahurda (imsakda) nələr yemək lazımdır?

Orucun dini əhəmiyyəti ilə yanaşı, mütəxəssislər tərəfindən hər fürsətdə insan orqanizmi üçün faydalı olduğu ifadə edilsə də, bu faydanı görmək üçün istehlak edilən qidalara da xüsusi diqqət yetirmək lazımdır.

Ramazanda düzgün qidalanma insan orqanizmini saflaşdırmağa və hətta immunitetini gücləndirməyə kömək edir. Sahurda (imsakda) nələr yeməli olduğumuz sualı da bir çox insanın beynində sual işarəsidir.

Bu məqaləmizdə də elə sahurda nə yeməli olduğumuz sualına cavab verməyə çalışacağıq.
sahurda - imsakda qidalanma agroexpert.az

Məlum olduğu kimi, Ramazan ayının ən vacib yeməyi sahurdur. Gün ərzində bədənin ehtiyac duyacağı bütün qidaları yemək çox vacib olsa da, digər tərəfdən 17 saat ac qalmamaq üçün tox saxlayan qidaları yemək lazımdır. Lazım olan qida maddələri qəbul edilməzsə, oruc tutmaq bədəninizə xeyirdən çox zərər verə bilər.

Buna görə də dietoloqlar demək olar ki, hər Ramazan ayında sahurda yeyilməli olan qidaların siyahısını dərc edərək vətəndaşları məlumatlandırırlar.

Həmin qidalar bunlardır: yumurta, qatıq, göyərti,tost, süd,meyvə.

Yumurta: Tərkibində çoxlu miqdarda protein olan bu qida sahur süfrələri üçün əvəzolunmazdır. Yumurta insanı uzun müddət tox saxlayır. İnsan orqanizminin ehtiyac duyduğu qida dəyərlərinin çoxunu qarşılamağa da kömək edir. Bir çox fərqli reseptlə hazırlanaraq yeyilsə də, qaynadılmış yumurta yemək daha faydalı olacaqdır.

Qatıq: Əla kalsium mənbəyi sayılan qatığın sahurda yeyilməsi çox yaxşıdır. Gün ərzində qarşılaşacağınız susuzluğu azaltmağa kömək edən bu yeməyin evdə hazırlanmış növünü seçmək daha faydalı olacaq. Bir qab qatığa 1-2 xörək qaşığı yulaf əlavə etsəniz, bu həm bədəndəki həzmi asanlaşdıracaq, həm də oruc tutanda özünüzü tox hiss etməyə kömək edəcəkdir.

Göyərti: Müxtəlif vitaminlərlə zəngin olan göyərti mütəxəssislər tərəfindən şiddətlə tövsiyə olunur. Xüsusilə, xiyar, kahı və cəfəri kimi tərəvəzləri istehlak etməklə yeməklə həm bədəndə antioksidan təsiri yaradacaq, həm də zəngin qida dəyərləri ilə özünüzü daha gümrah hiss edəcəksiniz.

Tost: Sahurda həm rahat hazırlaya biləcəyiniz, həm də hər kəs tərəfindən sevilən bir yeməkdir. Doydurucu və qidalandırıcı olaraq iyeyə biləcəyiniz bu yemək göyərti ilə yeyildikdə, karbohidrat ehtiyacını qarşılayacaq və vitamin balansı yaradacaqdır.

Süd: Demək olar ki, hər Ramazan ayında mütəxəssislər tərəfindən tövsiyə olunan süd bədənin kalsium ehtiyacını yüksək nisbətdə qarşılayır. İnsanın susuz qalmasının qarşısını alır, gün boyu tox saxlayır və ona əlavə edəcəyiniz bir çay qaşığı darçın qan şəkərinizi tarazlaşdırmağa kömək edə bilər

Meyvə: Xüsusilə sahurda yeyilməsi tövsiyə olunan meyvələr banan və almadır. Meyvə bədənin ehtiyac duyduğu şəkəri ən sağlam şəkildə almağa, lazımi vitaminlərlə təmin etməyə və insanı tox tutmağa kömək edir.

Sahurda həddindən artıq duzlu və yağlı qidalardan qaçınmaq çox vacibdir: duzlu, yaşıl və qara zeytun, kolbasa, bastırma, qurudulmuş ət, ədviyyatlı yeməklər və s. Bu qidalar heç vaxt sahurda yeyilməməlidir. Əgər yeyilərsə, həm bədənə zərər verər, həm də gün ərzində ac və susuz qalmağınıza səbəb olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107