Salyanda ötən ildəkindən çox üzüm məhsul yığılıb

Azərbaycan qədim üzümçülük diyarıdır. Burada təbii iqlim şəraiti üzüm bitkisi üçün çox əlverişli olduğundan hər cür sort yaranmışdır. Ən tezyetişən, uzun müddət saxlanmağa davamlı, ən yüksək şəkər toplayan, ən çox məhsul verən üzüm sortlan bizim diyarda becərilmiş və becərilməkdədir….

Üzüm məhsulu

üzüm məhsuluSalyanda üzüm yığımı başa çatıb. Fermerlər cari mövsümdə üzüm bağlarından ötən ildəkindən 2,5 dəfə çox məhsul toplayıblar.

Rayon Statistika İdarəsindən bildiriblər ki, salyanlı bağbanlar rayonda mövcud olan 932,9 hektar üzüm bağından 4 min 540 ton məhsul tədarük ediblər. Yığılan məhsulun 75-80 faizi süfrə üzümü olub.

Ötən ilə nisbətən bu il bağlarda bol məhsul yetişdirildiyindən üzümün qiyməti də xeyli ucuz olub. Bağbanlar yerində üzümün 1 kiloqramını 80-90 qəpiyə təklif ediblər.

Qeyd edək ki, salyanlı bağbanlar ötən il üzüm sahələrindən 1945 ton məhsul yığıblar.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107