Sarı pas xəstəliyi və ona qarşı mübarizə tədbirləri

sarı pas xəstəliyi və ona qarşı mübarizə tədbirləri

Taxıl bitkilərinə zərər vuran önəmli xəstəliklərdən biri də sarı pas xəstəliyidir. Bu il respublikada bir çox rayonlarda bu xəstəlik geniş yayılmışdır. Bildirildi ki, buğda sahələrində sarı pas xəstəliyinin inkişaf etməsinə əsas səbəb: Aprel ayının ikinci ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı və yağmurlar nəticəsində nisbi rütubətin 80-85% olmasıdır. Monitorinqlər nəticəsində aydın olmuşdu ki, Şəki-Zaqatala bölgəsində 12 700 hektar sahə sarı pas xəstəliyi ilə əhatə olunub. Bu ən yüksək göstəriciydi. 

Bununla bərabər 2013-2016-cı illərdə Şəki-Zaqatala bölgəsində aparılmış tədqiqatlarla müəyyən olunub ki, sarı  pasın törədicisinin  böyümə və inkişafı üçün 13,80C temperatur  və 85,0% nisbi rütubət optimal hesab olunur. Uredi­nosporlar 00C temperaturda belə cücərə bilirlər. 200C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Bu bölgədə aprel və may aylarında, temperatur gündüzlər 18-230C olmasına baxmayaraq, ge­cələr 130C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inki­şafını zəiflədə bilmir.

Respublikamızın təbii-iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur.

Bəs sarı pas xəstəliyi nədir? Onu yaradan səbəblər nələrdir? Mübarizə tədbirləri hansı şəkildə aparılmalıdır? kimi suallara cavab tapaq.

Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə cırtdan pas xəstəlikləri yayılır. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha genişyayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir.

Pas xəstəlikləri bazidili göbələklərin Uredinales sırasına daxildir.
sarı pa xəstəliyinə qaeşı mübarizə

Xəstəliyin səciyyəvi əlaməti bitkinin yarpaqlarının üst hissəsində uzununa sarı rəngdə 1-2 sm uzunluğunda 0.5-1.0 mm enində nazik xətvari ləkələrin (pustulların) əmələ gəlməsidir. Həmin ləkələr xəstəlik törədicisi inkişaf etdikcə böyüyür və yarpağın epidermisi altında olan pustullar dağılaraq açıq sarı rəngli spor kütləsi (uredinosporlar) xaricə tökülür.Uredosporlar deyilən bu konidlərtoz şəklində yayılaraq, yenidən ətrafda olan sağlam bitkilərəsirayət olunur. Yarpaqlarla bərabər bitkinin digər orqanları-gövdəsi,sünbülü və qılçıqları da xəstəliyə tutulur. Bitkilərin yetişmə mərhələsinəyaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsindəvə digər oraqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qışsporları-teleytosporlar əmələ gəlir.

Xəstəlik dənli bitkilərin əksəriyyətində müşahidə olunsa da buğda üçün daha təhlükəlidir. Patogen yarpaqlarda, yarpaq qınlarında, bəzən gövdə, mil ox, sünbül pulcuqlarında meydana çıxır.

Xəstəliyin ilk əlaməti

Erkən yazda bitkilərin kollanma və boruyaçıxma mərhələsində üzə çıxır. Qışın mülayim keçməsi bəzən göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə şərait yaradır. Yazda xəstəlik əvvəlcə dənli bitkilərin alt, sonra isə üst yarpaqlarında əmələ gəlir. Çiçəkləmə anı və ya süd yetişmə dövründə yarpaqların əhəmiyyətli bir hissəsi saralır, quruyur və tökülürlər. Müəyyən yoluxma faizində tarla tamamilə rəngini dəyişir.

Yarpaqlarla bərabər bitkinin digər orqanları – gövdəsi də xəstəliyə tutulur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar vaxtından tez quruyub tökülür. Nəticədə dənin dolması tam getmir, əmələ gəlmiş dənlər xırda olur, bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Xəstəlik xüsusilə sünbüllər üçün təhlükəlidir: dən dolmur, cılız olur, kütləcə yüngüllə­şir. Xəstəlik səbəbindən məhsuldarlıq 25-30%, bəzən isə 50%-ə qədər aşağı düşür.

Elmdə sarı pas xəstəliyinin 60-dan çox növünün mövcud­luğu haqqında məlumatlar var.

Sarı pas xəstəliyi dağlıq və dağətəyi rayonlar üçün daha xarak­te­rikdir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu xəstəliyə qarşı yüksək davamlı, məhsuldar yumşaq buğda sortları (Tərəqqi, Azəri, Mirbəşir-128, Əkinçi-84) yaradıl­mışdır.

Əvvəllər sarı pas xəstəliyi respublikamızın ayrı-ayrı bölgələrində, xüsusilə dağətəyi və dağlıq əkin sahələrində lokal şəkildə təsadüf edilən və taxıl bitkilərinin məhsuldarlığına oqədər də ciddi təsir göstərə bilməyən bir xəstəlik kimi qeydə alınmışdır. Lakin 1996-cı ildən başlayaraq kütləvi şəkildə yayılmış və yaradılmış yerli yumşaq buğda sortlarına sirayət etmişdir.

sarı pas xəstəliyi və ona qarşı mübarizə

Yayılmasına səbəb: Bir çox iş adamlarının xarici ölkələrdən (İran, Türkiyə,Avropa ölkələri və Rusiyadan) gətirdikləri, mənşəi məlum olmayan və sınaqdan keçirilməmiş yumşaq buğda sortlarının respublikamızın bütün bölgələrində becərilməsi idi. Ehtimal ki, bu proses, gətirilmə sortların vasitəsilə sarı pasın yeni aqressiv pas və biotiplərinin yayılması nəticəsində baş verdi. Artıq bu xəstəlik hər il bütün taxılçılıq bölgələrində, hətta aşağı düzənlik rayonlarında kütləvi şəkildə yayılır və ciddi məhsul itkisi törədir.

Yoluxmanın xarakterik xü­su­siyyəti

Uredino yastıqcıqlardan ibarət olan limonu sarı, uzunsov zolaqların, ləkələrin əmələ gəl­mə­sidir. Adətən uredinalar yığıl­mış qrup şəklində yerləşirlər və xlo­rozla müşayət olunan ləkəyə ox­şayırlar. Müəyyən müddət keç­dikdən sonra yoluxma yerlərində tünd-qonur və ya demək olar ki, epidermisi partlamayan qara te­lio­­yastıqcıqlar əmələ gəlirlər.

Sarı pas xəstəliyinə qarşı mübarizə tədbirləri

  • Aqrotexniki qulluq;
  • Xəstəliyə davamlı sortlardan istifadə olunmalı;
  • Aralıq sahib bitkilərinin məhv edil­məsi;
  • Növbəli əkinə əməl etmək.

Xəstəliyin infeksiya mənbəyini məhv etmək üçün biçin qurtardıqdan dərhal sonra sahələr kövşəndən təmizlənməli, dərin şum aparılmalı, payızda taxıl cücərtilərinin əmələ gəlməsinə yol verilmə-məlidir.

Növbəli əkinlərin və sələf bitkilərinin tətbiqi, bitkilərin xəstəliyə qarşı müqavimətinin artmasında müstəsna əhəmiyyətə malikdir.

Payızda taxıl əkiləcək sahələrin şum altına fosfor-kalium,erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməlidir. Azotun 43ayrılıqda verilməsi xəstəliyin inkişafını artırır. Mineral gübrələrin kompleks tətbiqi isə bitkilərin sarı pasa davamlılığını artırır, onların qışı yaxşı keçirməsini və yaxşı kollanmasını stimullaşdırır. Taxıl alaqlarına qarşı vaxtında mübarizə aparılması da bitkilərin inkişafını təmin edir və sarı pasa qarşı müqavimətini artırır

Sarı pas xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri xəstəliyin ilkin simptomları müşahidə edildikdə, yəni boruyaçıxma mərhələsində aparılmalıdır. Kimyəvi mübarizədə alto super (0,5 l/ha), reks duo (0,5 l/ha və 1,0 l/ha), tilt (0,5 l/ha), impakt (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha), kükürd  tərkibli tiovit-djet (8 kq/ha) fungisidlərindən biri ilə çiləmələr aparılmalıdır. Çiləmə preparatlarının bir hektarlıq sahə üçün nəzərdətutulmuş norması 250-300 litr su ilə qarışdırılıb yerüstü çilə-yicilər vasitəsilə həyata keçirilməlidir.

Sarı pasa yoluxmuş toxumların dərmanlanması da zəruridir. Taxıl bitkilərinin pas xəstəlikləriilə sirayətlənməsi 20-25%-dən artıq olmazsa, kimyəvi mübarizənin tətbiqi iqtisadi cəhətdən effektli hesab edilmir


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика