Sarımsağın quruluşu və əkilmə temperaturu

Sarımsaq, vegetativ yolla çoxalan birillik bitkidir. Çiçək zoğu əmələ gətirən sortlar həm diş, həm də hava soğanaqları ilə çoxaldığı halda, çiçək zoğu əmələ gətirməyən sortlar yalnız dişlə çoxalır.

Sarımsaq bitkisi kök və gövdədən ibarətdir. İri baş sarımsaqda 200-250-ə yaxın saçaqlı köklər əmələ gəlir və onlar torpağın 60-70 sm dərinliyinə gedə bilirlər. Lakin onun əsas kütləsi torpağın 25-30 sm-lik qatında yerləşir.

Sarımsağın gövdəsi, onun diş hissəsinin və ya soğanağının oturacağından başlayır. Dişdəki oturacaq kiçik diametrli, yəni 0,2-0,5 sm, yaşlı bitkidə isə sortdan asılı olaraq böyük diametrli, yəni 2-3 sm və yumru formada olur.

sarimsagin qurulusu

Kök sitemi inkişaf etdikcə, onun üzərində ardıcıl olaraq, növbə ilə yarpaqlar əmələ gəlir. Yarpaq saplaqdan və yarpaq ayasından ibarətdir. Onlar yaşıl, tünd rəngdə olub, üzəri hamardır. Sortdan asılı olaraq yarpaqların eni 0,8-3,6 sm, uzunluğu 22,5-44,5 sm olur və gövdəni əhatə edir. Hər bir yarpaq gövdə üzərində yuxarıya doğru ardıcıllıqla düzülür. Gövdənin hündürlüyü sortdan asılı olaraq 18-88 sm, bəzən də 120 sm-ə çatır.

Soğanaq sarımsağın əsas məhsuldar hissəsi olub, xarici qabıqdan və dişlərdən ibarətdir. Xarici qabıq soğanağı qurumaqdan mühavizə etməklə onun həyatilik qabiliyyətini artırır, soğanağın uzun müddət qalmasın təmin edir. Dişlər quru qabıqla örtülməklə növbə ilə soğanağın oturacağında birləşir.

Bəs hansı temperatur onlar üçün ən uyğunudur?

Sarimsagin ekilme temperaturu

Temperaturun kəskin dəyişməsi sarımsaq bitkisinin biomorfoloji və təsərrüfat xüsusiyyətlərinə mənfi təsir göstərir. Sarımsağın dişləri 2-3 °C temperaturda cücərməyə başlayır. Dişilər cücərdikdən sonra onların böyüməsi üçün 2-5 °C istilik kifayətdir. 15-20 °C-də dişlər formalaşır, 20-25 °C-də isə soğanaqlar yetişir.

Sarımsaq bitkisi şaxtaya davamlıdır. Azərbaycanda payızda əkilmiş və yaxşı kök əmələ gətirmiş sarımsaq bitkisi -25 C şaxtaya davam gətirir. Sarımsaq torpağın və havanın nəmliyi 60-70% olduqda normal böyüyüb inkişaf edir.

Ölkəmizdə olan növləri:

Ölkəmizdə sarımsağın Polyot, Dunqanskiy mestniy, Ukrainskiy beliy, Yujniy fioletoviy, Celiləbad və s. sortları yetişdirilir. Cəliləbad sortunun digər sortlardan bir sıra üstünlükəri vardır. Belə ki, o, tez yetişən olub zəif çiçək zoğu əmələ gətirən payızlıq və məhsuldar sortdur. Abşeron şəraitində hektardan 140-150, Gəncə-Qazax zonasında 195 sentner məhsul verir. Cəlilabad sortu xəstəliklərə və ziyanvericilərə davamlıdır.

Sarımsaq xəstəlikləri haqqında məlumat əldə etmək üçün bu məqaləmizə keçid edə bilərsiniz.

Müəllif: Hüseynbala Seyfullayev

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107