Sarımsaq əkinində məhsuldarlığı artırmaq yolları

Sarımsaq üzvi və mədən gübrələrinə daha çox tələkar olduğundan, torpağın münbitlik dərəcəsindən asılı olaraq, şum qabağı hər hektara 40-5- ton çürümüş peyin, 4-5 sentner superfosfat verilir. Sarımsaq əkinində məhsuldarlığı artırmaq yolları bunlardır:

Sarımsağın məhsuldarlığını artırma yolları

Fosfor gübrəsini payız əkinində verilməsi bitkilərin soyuğa davamlılığını artırır. Məhsulun keyfiyyətinə müsbət təsir göstərir və soğanaqların uzun müddət saxlana bilmə qabiliyyətini yüksəldir.

Peyinin hamısı, superfosfat gübrəsinin 3/4 hissəsi əsas şumdan əvvəl, yerdə qalan hissəsi isə azot və kalium gübrəsi ilə birlikdə yemləmə şəklində verilməlidir. Birinci yemləmə əsl yarpaqlar, ikinci yemləmə soğanaqlar əmələ gəldikdə, üçüncü isə ikincidən 15-20 gün sonra verilməlidir. 

Yemləmədə peyin şirəsindən istifadə etmək daha faydalıdır. Bu məqsədlə hər hektar üçün 4 ton peyinə 300 kq  superfosfat və kalium gübrəsi əlavə edilir.

Şimal rayonlarda sarımsaq erkən yazda, ya da payızda əkilir. Əkinin üzəri ağac ovuntusu, quru çırpı, yaxud da küləşlə örtülür. 

Ölkəmizdə ən uyğun əkin zamanı

Respublikamızın torpaq iqlim şəraitindən asılı olaraq sarımsağın payızda, sentyabr-oktyabr aylarında əkilməsi daha məqsədəuyğundur. Payızda əkilmiş  sarımsaq Azərbaycanda dekabr-yanvar aylarında 4-5 yarpaq verir və qışı yaxşı keçirir. Onun üzərini heç bir örtüklə  örtməyə ehtiyac qalmır. Soğanağı iri, 8-12 dişli az qabıqlıdır. Kənar iri dişləri çəkisi 4,4-5,9 qram, iri baş bağlanmış sarımsaqların özünün çəkisi isə 40-50 qrama çatır. Soğanağın tərkibində 37% quru maddə, 11,3 mq  C vitamini vardır.

Bu məqaləmizə daxil olaraq sarımsaq yığımı haqqında məlumat əldə edə bilərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика