Səyyar baytarlıq xidməti davam edir
Quba və Xızı rayonlarının yaylaqlarındakı heyvandarlıq təsərrüfatlarında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar həkimləri iştirak ediblər.
Səyyar baytarlıq xidməti

Baytar həkimlər sürülərin sağlamlıq vəziyyəti ilə maraqlanaraq heyvanları yerindəcə baytarlıq baxışından keçiriblər. Qeyd edək ki, səyyar həkimlər lazımi baytarlıq preparatları, vaksinlər, müalicəvi dərman və dezinfeksiya vasitələri ilə təmin olunmuşlar.
- Səyyar baxış zamanı yaylaqlarda xırdabuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı “Rev-1” vaksini ilə peyvəndləmə;
- heyvanların yataq yerlərində dezinfeksiya tədbirləri həyata keçirilib,
- sahibkarlar və çobanlar arasında maarifləndirmə işləri aparılıb,
- bukletlər təqdim olunub.
Agentliyin əməkdaşları yaylaq şəraitində saxlanılan heyvanlarda aparılan profilaktik peyvəndləmə işləri, göstərilən baytarlıq xidməti ilə əlaqədar yerli baytar həkimlərə də tövsiyələr veriblər.