Sitrus meyvələrin alt ağ qabığı nəyə xeyirdir?

Sitrus meyvələri sədovkimilər, narıncı və ya qızıl meyvəlilər yarımfəsiləsinə aiddir. Böyük xalq təsərrüfatı əhəmiyyətinə malik sitrus meyvələri zəngin kimyəvi tərkibi, yüksək qidalılığı, diyetik və aromatik xüsusiyyətinə görə çox qiymətlidir. Bəs sitrus meyvələrinin alt ağ qabığı faydalı olduğunu bilirdiniz mi?

Sitrus meyvələrin üstünlüyü

sitrus meyvələrin faydasıÇox həssas və kövrək xüsusiyyətə malik olan bu meyvələrin dünyanın subtropik və tropik zonalarında yayılmış 40-dək növü (portağal, naringi, limon, qreypfrut, berqamot, sitron və s.) məlumdur.

Sitrus bitkilərinin meyvələri təzə halda yeyilir və onlardan şirə, mürəbbə, kompot, cem, povidlo və s. hazırlanır.

Sitrus meyvələri çəyirdəkli meyvələrdən fərqli olaraq ağacdan yerə tökülmürlər və uzun müddət ağacda qalmaq qabiliyyətinə malikdirlər. Lakin bunun mənfi xüsusiyyətləri də vardır. Məsələn uzun müddət ağacda qalan limon öz rəngini və tamını itirir.

Naringi, portağal və limon ölkəmizdə becərilən əsas sitrus meyvələridir. Bunların içərisində ən geniş yayılmışı naringidir. Bu da onun digər meyvələrlə müqayisədə soyuğa daha çox davamlı olması ilə bağlıdır.

Sitrus meyvələri quruluşuna görə 2 hissədən: qabıqdan və ətli hissədən ibarətdir. Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş 6-12 dilimdən ibarət olur. Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması cəhətdən əlverişlidir.
Belə ki, qabığı qalın olan bu meyvələri daha uzun müddətə saxlamaq mümkündür. Eyni zamanda qabığın qalınlığı ətli hissənin azalmasına səbəb olur. Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və naringidə isə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur.

sitrus meyvələrin faydasıSitrus meyvələrinin tərkibində olan vitaminlər karotin və efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Bu maddələr qabıq hissədə ətli hissəylə müqayisədə daha çox olur.

Sitrus meyvələri necə yemək lazımdır?

Fitoterapevtlər (xəstəlikləri təbii vasitələrlə müalicə edən həkimlər) sitrus meyvələrinin qabıqlarını çox giymətli müalicəvi məhsul hesab edirlər. Həqiqətən sitrus meyvələrinin qabıqları bir çox faydalı maddələrlə zəngindir. Sitrus meyvələrinin tək üzdəki sarı qabığı deyil, ağ qabığının da çox faydalı xüsusiyyətləri var. 

Ağ qabığın tərkibində xüsusi maddə “naringin” var. Bu maddə piylərin yandırılmasını sürətləndirir və arıqlamağa kömək edir. Həmçinin bu maddə qan damarlarının elastikliyini artırır, aterosklerozun qarşısını alır, orqanizmi tonuslaşdırır, orqanizmədə qocalma prosesləri ləngidir. 

Digər tərəfdən isə sitrus meyvələrinin ağ qabığındakuersetin” maddəsi var. Kuersetin – bir çox bitkilərin qabığında olan bir kimyəvi piqmentdir. Bu maddə damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır. Orqanizimdə xolesterolun səviyyəsinin artması ürək-damar xəstəliklərinin əsas səbəbidir.

Bütün bunları nəzərə alaraq alimlər sitrus meyvələri ağ qabığı ilə birlikdə qəbul etməyi tövsiyə edirlər…

sitrus meyvələrin faydasıAgroexpert.az sizə qreypfrut, naringi, portağal albedo insanın organizmasına faydalı olduğunu nəzərinizə çatdırırıq:
Albedo – sitrus meyvələrinin alt ağ təbəqəsi

  • Xolesterola və yüksək təzyiqə qarşı mübarizə aparır;
  • Dərini canlandırır, gözəlləşdirir;
  • Həzm prosessini yaxşılaşdırır;
  • İmmuniteti möhkəmləndirir;
  • Qan dövranını yaxşılaşdırır;
  • İştah açır;
  • Ağ hissə sinir sistemini sakitləşdirir;

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107