Skumbriya balığı haqqında bilmədikləriniz
Orta hesabla 25-30 sm boyunda, uzun və iri gövdəli bir balıq növü olan skumbriya balığı, ilıq və soyuq sularda yaşamağı sevir. Şimali Amerika sahilləri və Şimal dənizində geniş sürü halında yaşayan skumbriyakimilər fəsiləsindən skumbriya qiyməti və ləzzəti daha yüksək olan bir balıqdır. Agroexpert.az skumbriya balığı haqqında məlumatı təqdim edir.

Skumbriya balığı necə seçilir?
Keçmiş illərdə balıqçı dəzgahlarında təzə olan skumbriya balığının yerini hal-hazırda Norveçdən dondurulmuş halda gələn idxal skumbriyalar alıb. Buna görə skumbriyanın təzə olub olmadığına deyil, donu açıldıqdan sonra dondurulub dondurulmamasına baxılmalıdır. Xüsusilə yaz aylarında alıcı tapılsın deyə dəzgaha qoyulan skumbriyalar təkrar dondurulduqda köhnəlir. Bu səbəblə mümkündürsə soyuducudan ilk dəfə çıxan skumbriyaya üstünlük verərək həmin gün bişirin.
Skumbriya balığının daşıdığı vitamin və minerallar nələrdir?
Skumbriya balığı, vitamin və mineral baxımından zəngin bir balıqdır. D və B 12 vitamini bol olan skumbriya həmçinin A, B2, B6, C, E, K, tiamin, niasin, kolin , pantotenik vitaminə də malikdir. Omega 3 yağ turşuları baxımından zəngin olan skumbriya az miqdarda Omega 6 yağ turşusu də saxlayır. Selen, fosfor, maqnezium, kalium və dəmir skumbriyada ən çox olan minerallar arasındadır.
Skumbriya balığının faydaları nələrdir?
- Tərkibindəki kolin sayəsində yaddaş gücləndirici təsiri var
- Dəmir ehtiva etdiyinə görə anemiyaya qarşı təsirlidir
- Xərçəngə qarşı bədən müqavimətini qoruyur
- Zəkanın inkişafına kömək edir
- Dəri və göz sağlamlığı baxımından faydalıdır
Zülal baxımından da olduqca zəngin olan 100 qram skumbriyada təxminən 24 qram zülal olur.
Qida dəyəri baxımından bu qədər zəngin skumbriya kalorisi də maraq mövzusudur ki, skumbriya kalori baxımından qiymətləndirdikdə 100 qram skumbriya 261 kalori olduğu görülür.
Skumbriya balığı necə bişirilir?
Balıq severlerin çox yediyi skumbriya sobada, buğlama və qızartma şəklində yeyilir. Skumbriya balığı mövsümündə yağlı bir balıq olduğu üçün adətən file halında qızardılır. Dilimlənmiş şəkildə kağız kababı olaraq (folqa,yağlı kağız arasında) bişirilməsi məsləhət görülür. Skumbriya konserv olaraq hisə verilmiş və ya skumbriya quru balıq kimi ləzzətləri də alternativ hesab etmək olar.
Balıq haqqında digər məqalələri bu bölməmizdən oxuya bilərsiniz.