Süni yolla mayalandırılan heyvanlar

Şimal bölgəsində son bir neçə ildə heyvanları süni mayalandırmaq üçün müraciət edən fermerlərin, eləcə də fərdi təsərrüfat sahiblərinin sayı xeyli artıb. 2017-ci ildə regionda 10 min 881 baş heyvan mayalandırılıb. Süni yolla mayalandırılan heyvanlardan 4 min 859 baş bala alınıb.

Süni yolla mayalandırılan heyvanlar

Quba rayon Kənd Təsərrüfatı İdarəsi bildiriblər ki, fermerlər süni mayalandırma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmağa nail olublar. Şimal bölgəsində bu sahədə ən yüksək göstərici Xaçmaz rayonunda qeydə alınıb. Burada bu üsulla mayalandırılan 5 min 414 baş heyvandan 2 min 432 baş bala əldə olunub.

Süni yolla mayalandırılan heyvanlar

Süni yolla mayalandırılan heyvanlardan bu qədər baş bala alınıb:

Qusarda – 1978;
Qubada – 808;
Siyəzəndə – 415;
Xızıda – 332;
Şabranda isə – 245.

Bu sahədə əldə olunan müsbət nəticələrin xüsusi rol oynadığını qeyd edir. Bununla yanaşı, süni mayalandırma zamanı yoluxucu xəstəliklərin, xüsusən təbii cütləşmə ilə yayılan, xəstəliklərin qarşısı alınır.

İribuynuzlu heyvanlar haqqında digər məqalələrlə saytımızın bu bölümündə tanış ola bilərsiniz.

Mənbə: azertag.az

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика