Şüyüdün faydaları

Sağlamlıq mənbəyi sayılan bitkilər arasında olan şüyüdün faydaları saymaqla bitmir. Həm salatlarda, həm də yeməklərdə istifadə edilən şüyüd şəfa mənbəyi kimi tanınır. Yaşıl rəngini özündən götürən bu tərəvəz həzm sistemini yaxşılaşdıraraq maddələr mübadiləsini yaxşılaşdırır.

şüyüdün faydaları agroexpert.az

Bu məqaləmizdə sizə şüyüdün faydalarından bəhs edəcəyik.

Həzm sistemi üçün yaxşıdır

Şüyüd həzm sistemini tənzimləyir və maddələr mübadiləsinin yaxşılaşmasına kömək edir. Bağırsaqlar həzm sistemimizin düzgün və sağlam fəaliyyət göstərməsini təmin edən ən vacib orqanlardan biridir. Yaşıl tərəvəzlər həzm sistemi üçün həmişə faydalı olub. Şüyüddə də bu xüsusiyyət var.

Yuxu problemini həll edir

Yuxu probleminin olmadığını düşünən bir çox insan əslində ya zəif yatır, ya da sağlam olmayan yeməklər yeyir. Yaşıl tərəvəzlərdən olan şüyüd həm yuxu problemini həll edir, həm də bizi rahat bir yuxu ilə təmin edir.

Ana südünü artırır

Uşaq əmizdirən analar və hamilə olan qadınlar şüyüdün müalicəvi xüsusiyyətlərindən faydalana bilərlər. Ana südü ilə qidalanma zamanı bir həftə ərzində hər nahar və şam yeməyindən əvvəl 4-5 qram təzə şüyüd yemək ana südünün artmasında mühüm rol oynayacaq. Ana südünü artırmaq istəyənlər şüyüddən istifadə edə bilərlər.

Sümük inkişafına kömək edir

Şüyüd həm uşaqlarda, həm də yaşlılarda sümük inkişafına kömək edir. Sağlam və düzgün bəslənmə sümük quruluşu üçün və bir çox sağlamlıq probleminin qarşısının alınması üçün də vacibdir. Buna görə yaşıl tərəvəzlərdən, xüsusən də şüyüddən faydalanmaq lazımdır.

Maddələr mübadiləsini sürətləndirir

Maddələr mübadiləsini sürətləndirən şüyüd yeməklərin tərkibində daha asanlıqla yeyilə bilər. Şüyüd yalnız həzmə kömək etmir, həm də orqanizmin metabolik sürətini artırır.

Qaz problemini həll edir

Körpələrdə və uşaqlarda qazları yox etmək təsiri ilə tanınan şüyüd həzm sistemini tənzimləyir. Şüyüd xüsusilə ürək bulanması, qarın ağrısını aradan qaldırmaq və həzm sisteminin problemlərini müalicə etmək üçün istifadə olunur.

Menstruasiya pozuntularını tarazlayır

Şüyüd qadınlarda menstruasiya  pozuntularını tənzimləyərək hormonal problemlərin aradan qaldırılmasına kömək edir.

Ağızdan gələn pis qoxunu yox edir

Şüyüd ağız bo.luğundan gələn pis qoxudan qurtulmaq üçün əla vasitədir. O, ağızdakı pis qoxunu aradan qaldırır və ağıza gözəl tam verir.

Xərçəng müalicəsi üçün xeyirlidir

Şüyüdün xərçənglə mübarizə apardığı bilinir. Bir çimdik şüyüd böyüklərin C vitamini ehtiyacının 40 faizini və A vitamini ehtiyacının 43 faizini ödəyir. Tərkibindəki vitamin və minerallar sayəsində şüyüd xərçəng riskini minimuma endirir.

Depressiya üçün yaxşıdır

Şüyüd depressiya üçün yaxşıdır və zehni sağlamlığı tarazlaşdırır. Zehni sağlamlığa çox faydalı və təsirli olan şüyüd depressiyanı aradan qaldırmağa kömək edir. Eyni zamanda sakitləşdirici xüsusiyyətləri ilə sinir sisteminə töhfə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107