Tavada noxud çipsi (RESEPT)

tavada noxud cipsi reseptiTavada noxud cipsi  həm sağlam, həm də ləzzətli qəlyanaltıdır. Paketlənmiş və qeyri-sağlam çipslərə pul vermək əvəzinə ev şəraitində özünüz hazırlaya bilərsiniz. Agroexpert.az sizlərə dadı damağınızdan getməyəcək tavada noxud çipsinin reseptini təqdim edir.

Tərkibi:

-gecədən suda isladılmış noxud;

-ədviyyat (duz, zirə, karri, nanə, kəklikotu, qırmızı  pul bibər, qırmızı bibər tozu);

-1 xörək qaşığı zeytun yağı.

Tavada noxud cipsi. Hazırlanma qaydası: tavada noxud cipsi resepti

İlk öncə gecədən suya qoyduğunuz noxudların suyunu kağız salfetlə qurudun.

Bir qabın içərisində ədviyyatları zeytun yağıyla qarışdırın. Daha sonra noxudları da üstünə əlavə edərək hamısını birlikdə qarışdırın. Ədviyyatlı noxudları soba sinisinə tökün və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Sobadan çıxardıqdan sonra tavada yağ ilə qovurun.

Nuş olsun!

 

Müəllif: Aysel Selcan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика