Təbii antibiotik-camış südü və qatığı

Camış südü nədir?

Camış otlayan və bataqlıqda sahələrdə yaşayan bir heyvandır. Bu səbəblə camış südü digər südlərə görə daha qiymətlidir.Camış südü məzmun baxımından olduqca zəngindir.

Gündə 1 stəkan camış südü bədənin ehtiyacı olan qidanın böyük bir hissəsini ödəyir. Uşaqlar və yaşlılar üçün qidalandırıcıdır.

Camış südü enerji mənbəyidir, A vitamini, 6 % yağ və yağ da əriyən vitaminlər baxımından olduqca zəngindir.Camış südündən qaymaq, pendir, ayran və qatıq hazırlanır. Camış südündə olan “karotenin” A vitamininə transformasiya səviyyəsi daha sıxdır, bu səbəblə qaymaq, pendir, ayran və qatıq daha ağ rəngdədir.

Camış südündən hazırlanan qatığın konsistensiyası daha bərk şəkildə olur.

Gündəlik inək 30-35 kq süd verərkən camış 5-6 kq süd verir.

Camış südünün faydaları
  • Camış qatığında B12 vitamini olduqca yüksək səviyyədədir.
  • Mineral baxımından olduqca zəngindir. Dəmir, kalsium və fosfor digər südlərə nisbətən daha çoxdur.
  • Zülal baxımından zəngindir.
  • Antioksidant qaynağıdır, E vitamini saxlayır.
  • Xərçəng və ürək xəstəliklərinə qarşı faydalıdır.
  • Vitamin və zülal anbarıdır.
  • Yağ nisbəti çox olsa da xolesterin səviyyəsi digər südlərə görə 3,14 mg/g daha azdır.
  • Sümük əriməsini ləngidir və qarşısının alınmasına köməkçi olur.
  • Qidalandırıcıdır və tox tutur.
  • Camış südü uşaq inkişafına köməkçi olur.
  • Mədə problemlərinin azalmasına köməkçi olur.
  • Camış südündən hazırlanan qatıq təbii antibiotik dəyərindədir.
  • Qocalmağı gecikdirməyə köməkçi olur.
  • Çəki atmağa köməkçi olur.
  • Yuxu yatmağa kömək edir.
  • Laktoza nisbəti daha aşağıdır, laktoza allergiyası olan insanlarda alternativdir.
  • Faydaları baxımından ana südünə bənzəyir, körpə və uşaqlar üçün faydalı bir süddür.
  • Afrodizyak təsirinə malikdir.
  • İmmunitet sistemini gücləndirir.
Camış qatığının faydaları
  • Tərkibindəki zülal və kalsium miqdarı digər südlərə görə iki qat daha çoxdur.
  • Xolesterin xəstələri üçün alternativdir.
  • Camış qatığı tərkibində olan A və E vitaminləri sayəsində orqanizmə kənardan daxil olan bakteriya və viruslara qarşı qorumağa köməkçi olur.
  • Mədə pozğunluğu problemlərinə qarşı təsirlidir.
  • Dəmir və kalsium baxımından olduqca zəngindir.
  • Soyuqdəymə və qripə qarşı təsirlidir.
  • Tərkibindəki maddə və komponentlər səbəbiylə xərçəngin əmələ gəlməsinə mane olur.
  • İmmunitet sistemini gücləndirir.
  • Allergik xəstəliklərə qarşı orqanizmin qorunmasına köməkçi olur.
  • Camış qatığı orqanizmin gümrah qalmasına kömək edir.
  • Yoğun bağırsaqda yarana biləcək problemlərə qarşı bədəni qorunmasına köməkçi olur.
  • Həzm sisteminin işini asanlaşdırır.
  • Uşaqların və yaşlıların bu qatıqdan istifadə etməsi çox faydalıdır.
  • Tərkibindəki maddələr orqanizmi qidalandırır.
Camış qatığı necə hazırlanır?

Camış südünü aşağı odda arabir qarışdıraraq bişirin. Qaynadılan südü uyğun istiliyə gələnədək barmağınızla dərəcəsinə nəzarət edin. Bir litr süd üçün bir çay qaşığı qatığı südə əlavə edin. Qatığı əlavə etdikdən sonra qarışdırın və qapağını bağlayın. Saxlama qabınızı otaq temperaturunda və olduğu yerdə 3-4 saat saxlayın. Saxlama qabınız şüşədəndirsə bu müddət bir qədər uzana bilər. Hazır olan qatığı daha sonra soyuducuya yerləşdirin. 24 saat sonra hazır olan qatığı istifadə edə bilərsiniz. Camış qatığını soyuducuda 8-9 gün saxlaya bilərsiniz. Bu müddətdən artıq qalan qatıqda turşuluq yarana bilər.

Camış əti haqqında bu məqalədən oxuya bilərsiniz..

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673