Təzə xiyar məhsulunun saxlanması
Xiyar məhsullarının saxlanmasının tədqiqində aşağıdakı tələblərə əməl olunması mütləqdir. Saxlanması nəzərdə tutulan xiyar meyvələri, sağlam, məxsus olduğu sortun bütün tipik xüsusiyyətlərini özündə əks etdirməlidir. Meyvələr texniki yetişkənlik mərhələsində və eyni şəraitdə becərilmiş olmalıdır. Saxlanması nəzərdə tutulan xiyar meyvələrinin yığımını həyata keçirmək üçün ən əlverişli vaxt günün birinci yarısıdır.
Xiyar məhsulunu yağışdan, suvarmadan dərhal sonra, havadan şeh düşdükdə yığmaq olmaz.
Meyvəni dərdikdə ehtiyatlı olmaq lazımdır. Bitkinin kolunu qaldıraraq buraxıb zədələmək olmaz. Dərilmiş meyvələr birbaşa standartla müəyyən olunmuş 1№-li taxta və yaxudda plastik yeşiklərə qablaşdırılır və günəş şüalarından qorumaqla saxlanacağı anbara göndərilməlidir.
Orada altlıqlar üzərinə yığılmaqla, şahmat taxtası formasında hündürlüyü 2 metrə qədər, cərgələrlə yerləşdirilməlidir. Tədqiq olunacağı əsas nümunənin kütləsinin kəsici 5 kq-dan az olmamalıdır. Təkrarların sayı, hər variantda 4-dən az olmamalıdır. Ştabeldə tədqiq olunacaq nümunələr elə yerləşdirilməlidir ki, saxlanılan ümumi məhsulla eyni saxlama şəraitinə malik olsun. Əgər aparılan təcrübədə partenokarpik formalı uzun xiyar meyvələrindən istifadə olunursa, nümunə kütləsinin çəkisi ayrı-ayrı ədəd xiyar meyvələrinə bərabər olmalıdır. Yəni nümunələrin sayı on təkrardan az olmamalıdır.
Meyvələrin üzərində aparılan biokimyəvi analizlər, intensiv nəfəs alma, askorbin turşusunun miqdarı, şəkərlər və quru maddələri təyin etməkdən ötəri, nişanlanmış nümunə çəkisindən əlavə ayrıca nümunədə soyuducuya qoyulmalıdır. Müxtəlif xiyar meyvə sortlarının saxlanmasının tədqiqində, saxlama temperaturu 2-40 C, nisbi rütubətin səviyyəsi 80-85% olmalıdır. Saxlamanın rejim və üsullarının öyrənilməsi zamanı, saxlamada yalnız eyni sorta məxsus və eyni şəraitdə becərilən xiyar meyvələrindən istifadə olunmalıdır. Temperatur rejimlərinin öyrənilməsi zamanı xiyar meyvələri soyuducuya qoyulmamışdan əvvəl soyudulmalıdır ki, sonrakı mərhələdə xiyar meyvələrinin üzərində tərləmə nəticəsində yaranan kondensatın qarşısını almaq mümkün olsun.
Tədqiqatın sonunda yaranmış itgilərin miqdarı, əmtəəlik keyfiyyəti, qidalılıq dəyəri, biokimyəvi tərkibi və dequstasiya yolu ilə qiymətləndirilən məhsulun dadı, tamı müəyyən olunur.
Təzə xiyar məhsulunun əmtəəlik keyfiyyəti vizual olaraq çeşidləmə yolu ilə həyata keçirilir. Hər bir meyvə nümunəsinin çəkisi tərəzidə çəkilərək müəyyən olunur və xüsusi hazırlanmış jurnalda qeyd olunur. Meyvə nümunələrinin saxlama zamanı itirdiyi çəkinin miqdarı faizlə ifadə olunaraq bütün nümunələrə şamil olunaraq ayrı-ayrılıqda hesablanmalıdır. Yəni əvvəlki çəkidən saxlamanın sonunda əldə olunan çəki çıxılaraq faizlə ifadə olunmalıdır. Qeyd etmək lazımdır ki, əgər adi taxta yeşiklərdə salafan içlik qoyulmadan xiyar məhsulunu 15 gün ərzində saxlamaq mümkün olurdusa, salafan içlikdən istifadə etməklə xiyar məhsulunu taxta yeşikdə 15 gün ərzində əmtəəlik görkəminə xələl gətirmədən 8…10, 15…160 C temperatur rejimində saxlamaq daha sərfəlidir. 12…140 C temperatur rejimində, 80-85% nisbi rütubətdə 20 gün müddətində saxlamaq mümkündür. 8…10, 12…14, 15…160 C temperaturda 20 gün müddətində ümumi itgilərin miqdarı 18%-dən çox olmamışdır.
Əmtəəlik məhsul çıxımı saxlamanın sonunda 85-92% təşkil etmişdir. Saxlama müddətinin sonunda xiyar məhsulunun qidalılıq dəyəri dequstasiya yolu ilə, biokimyəvi tərkibi quru maddələr həll olanlar refraktometrlə, həll olmayanlar isə qurutma üsulu ilə təyin edilir.
C vitamini Tilmans reakti (2,6-dixlorfenolindofenol) ilə, ümumi turşululuq 0,1n. NaOH qələvisi ilə titrləməklə və nitratların miqdarı “İndam” markalı indikator kağızından istifadə etməklə təyin edilir. Təzə xiyar məhsulunun dad keyfiyyətləri 5 ballıq gizli qiymətləndirmə üsulu ilə dequstasiya komisiyası tərəfindən həyata keçirilir.