Tövlədəki pis iyidən necə azad olaq?

agroexpert_inekHər biznesin qazanclı və maraqlı tərəflərindən danışmaq asandır, amma insanlara riskləri və problemləri də göstərmək lazımdır. Heyvandarlıq gözəl sektordur, maraqlıdır, gəlirlidir. Amma heyvandarlıq işinin bir tərəfi var ki, onu hamı gözardı etsə də əziyyətini çəkir. Heyvan saxlanc yerlərindən gələn pis iyi zamanla bu bizneslə məşğul olanları bezdirməyə hətta uzaqlaşmağa səbəb olur. Bu məqalədə sizə

tövlədən, hindən gələn pis iyi ilə mübarizə üçün çox maraqlı təcrübə paylaşacayıq.

Ümumiyyətlə, bu biznesə başlarkən fermanı modern standartlara uyğun tikmək lazımdır. Çoxumuz bu işə diqqət etmirik. (Çünki gözümüzü tez zamanda heyvanları içəri tıxıb, artırıb, milyoner olmaq hərisliyi örtür) Amma düşünmürük ki, bir müddətdən sonra tövlədə əmələ gələn peyin əməlli-başlı problemə çevriləcək. Təsəvvür edin, 10 baş heyvan gündə 300-400 kq peyin ifraz edir. Bu həm böyük işçilik həm də çoxlu qaz-yəni pis iy deməkdir.

Hal-hazırda fermerlər pis iyi ilə, heyvanların ayaqlarının altına saman, “opilka”-taxta qırıntıları, orqanik ayaqaltılar qoymaqla, peyini hərgün yuyub-təmizləməklə və ya daha innovativ üsullarla məsələn peyinin üzərinə xüsusi bakteroloji maddələr tökməklə mübarizə aparırlar. Bir tanış fermer, tövlədəki peyini yumaq üçün fermasına bir çaydan qol ayrımışdı. Çox ağıllı metod olsa da, yəqin ki, ekoloqlar bununla razılaşmayacaqlar.

Bir rus fermerin tövləsi haqqında məqalə oxudum. Orda bəhs olunur ki, tövlə sanki şirniyyat sexi kimi qoxuyur. Özü bu sirri izah edir:

Deyir əvvəlcə peyini və iyi işçi qüvvəsi ilə aradan qaldırmağa çalışırdım. Sonradan heçkim işləmək istəmədi. Pis iyi saça, paltara, dəriyə hopur, yusan da getmir. Bir baytarla məsləhətləşdikdən sonra, heyvan yeminə “Yağ vanilli aromat” (“Масло ванильный аромат”) qatır.

Bu yem qarışığı Niderland istehsalı olub əsasən vanildən ibarətdir. Sirri ondadır ki, yemi ətirləndirir və heyvan bu yemi iştahla yeyir. Nəticədə süd verimi də günlük ortalama 0.5-1 litr artır. İki həftədən sonra isə tövlədən vanil iyi gəlməyə başlayır. Hətta peyinin iyi də dəyişir. Tövlə sanki karamel sexi kimi  qoxuyur.

Avropada bu təcrübə çoxdan istifadə olunurmuş. Bu əlavəni həmçinin toyuq, ördək və digər heyvanlara da verirlər. Heyvanlara iştah verir, çəkini artırır və sair. İqtisadi cəhətdən də sərfəlidir. Bir torbası 100 baş heyvana 4 ay bəs edir. Südün dadını dəyişmir amma süd verimi və çəki artımına müsbət təsir edir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

4 thoughts on “Tövlədəki pis iyidən necə azad olaq?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107