Tumları zəhərli meyvələr
Bəzi meyvələrin tumunda olan və son dərəcə zəhərli bir maddə olan “amiqdalin”, bağırsaqlarda həll olaraq “siyanid” in(zəhərləyici turşu) ortaya çıxmasına gətirib çıxarır. Çox tez toksik təsir göstərən bu maddə, ani uşaq ölümlərinə belə yol aça bilər. Agroexpert.az tumları zəhərli meyvələr haqqında məlumatı təqdim edir.

Zəhərlənmə əlamətləri arasında-nəfəsdən acı badam qoxusu, alınan qan nümunəsinin parlaq qırmızı olması, qan şəkərinin yüksəlməsidir. Zəhərlənmənin baş verməsiylə yanaşı tənəffüs pozuntuları, yüksək hərarət, qıcolma, ürəkkeçmə, aşağı təzyiq, göyərmə və tənəffüs çatışmazlığı yarana bilər. Göz bəbəkləri genişlənir və dərinin rəngi qırmızıya çevrilir.
Uşaqlarda zəhərlənməyə bağlı ani ölümə səbəb olan bu vəziyyət, hamilələr üçün də çox risklidir. Hamiləliyin ilk aylarında bu tumları istifadə etmək körpədə hidrosefaliya və neqativ böyrək inkişafına da şəarit yaradır. Xüsusilə bəzi ərik növlərinin acı tumundan 5-25 ədəd yeyilməsi də zəhərlənməyə səbəb olur.
Hansı meyvələrin tumları yeyilməməlidir?
Hamilələr və uşaqlar bu meyvələrin tumlarını qətiyyən yeməməlidir.
- Ərik tumu
- Kal (yetişməmiş) ərik tumu
- Gilas tumu
- Şaftalı tumu
- Alma tumları
- Acı badam tumu
Qeyd: Ağız yoluyla yaranan zəhərlənmə nəticəsində insan qusdurulmamalıdır.