Türkiyədə fırtına və leysan xəbərdarlığı

Türkiyə Meteorologiya Ümumi Müdirliyi tərəfindən 13 oktyabr 2020 tarixinə Ege dənizinin sahili, Ədirnənin cənubu, Balıkəsirin qərbi və Çanaqqalanın ətraf bölgələri üçün güclü leysan yağışı olacağı məlumatı verilib. Həmçinin Şimali Egey üçün də fırtına xəbərdarlığı edilib.

fırtına agroexpert.az

Verilən məlumata görə, “Sabah (13.10.2020) Sahil Ege (İzmir, Aydın, Muğla, Manisa) və Ədirnənin cənubunda, Balıkəsirin qərb sahillərində (Edremit, Ayvalık, Burhaniye, Havran, Gömeç bölgələri) və Çanaqqala ətrafında güclü (21-50 kq/m) və bəzən çox güclü (51-75 kq/m) göy gurultulu leysan yağacağı gözlənilir. Bu səbəbdən mənfi şərtlərə (qəfil sel, daşqın, şimşək, yağış zamanı güclü külək, dolu və fırtına əmələ gəlməsi və s.) riskinə qarşı diqqətli və ehtiyatlı olmaları tapşırılıb”.

Fırtına xəbərdarlığı

Şimal Egey üçün Meteorologiyadan da fırtına xəbərdarlığı edilib. Edilən açıqlamada “sabah günün ilk saatlarından (13.10.2020) cənub-qərbdən 6 ilə 8 gücündə (50-75 km/s) bir fırtınanın olacağı gözlənilir. Fırtına axşam saatlarından sonra təsirini itirəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107