Tutun növləri və onların mualicəvi təsiri

agroexpert_ağ-tutu

Tutun növləri

Tut meyvəsinin Azərbaycanda 3 növü yetişir; ağ, qara, qırmızı. Tut meyvələrinin yetişməsi may – iyun aylarına təsadüf edir.

Hərkəs bilir ki, tut meyvəsi çoxlu vitaminlərlə zəngindir. Hələ uşaq zamanından kənddə onu ağacdan yığmaq üçün qonum-qonşu, hamı yığılırdı birlikdə. Büyük bir parça açıb hər tərəfdən tutarkən ağacı serkələyirdirlər… Tut meyvələri töküləndən sonra hamı yığırdırlar.Tutu daha çox balaca uşaqlara və hamilə qadınlara verirdirlər. Çün ki həqiqətən o meyvələr insana yaxşı təsir göstərir. Onun mualicəvi olduğunu alimlər də təstiqləyiblər. 

Biz demiyəçik tut hansı vitaminlərlə zəngindir. Bugün biz sizə tutun növlərindən və onların insana mualicəvi olduğu haqqında məqalə həsr edirik. Beləliklə başlayaq… 

Tutun mualicəvi təsiri

Ağ tut boğaz ağrılarının, onkoloji xəstəliklərin, mədə ağrılarının dərmanıdır və bağırsaqdakı parazitləri təmizləyir. Ən xeyrlisi ağ tutun bəkməzidir. Ağ tutun bəkməzi böyüklər üçün – gündə 3 dəfə, çay qaşığı ilə yeməkdən 40 dəqiqə əvvəl qəbul edilir, uşaqlar – gündə 2 dəfə, yeməkdən sonra 1 çay qaşığı kifayətdir.

tutun növləriQırmızı tutqanı artırır, qan laxtanmasına yaxşı təsir edir, təziqi düzəldir, gözlərə xeyirdir və immuniteti möhkəmləndirir. Qırmızı tutun bəkməzi də olur. Böyüklər üçün – gündə 2 dəfə, 3 yemək qaşığı ilə yeməkdən 2 saat əvvəl qəbul edilir, uşaqlar gündə 2 dəfə, yeməkdən sonra 1 çay qaşığı.kifayətdir.

tutun növləriQara tut – öskürəyə qarşı yaxşı təsir edir. Arıq insanlar üçün ən qüvvətdi dərmandır – iştah açır kökəldir, qaraciyəri möhkəmləndirir.

Qara tutun bəkməzi də daha xeyrlidir, böyüklər üçün gündə 2 dəfə, 1 yemək qaşığı ilə yeməkdən 1 saat əvvəl qəbul edilir, uşaqlar gündə 1 dəfə, yeməkdən sonra 1 çay qaşığı yetər.

Bunu da nəzərə alın ki, şəkər xəstəsi olanlara tutun bütün növləri hər halda yemək qadağandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика