Uşaqları əylənərək öyrədin:meyvələr haqqında tapmacalar
Əvvəllər nənələrimizdən eşidərdik bu tapmacaları. Bizlərə gülməli və maraqlı gələrdi. Bir əyləncə növümüzdə bu tapmacalar idi. Lakin indiki uşaqlar tam fərqli əyləncə növlərinə sahibdirlər. Buna baxmayaraq, siz də uşaqlarınızı həm düşündürərək, həm də öyrədərək əyləndirməyi seçin. Elə ilk olaraq burdan başlaya bilərsiniz.
Meyvələr haqqqında tapmaca birinci hissə:
- Al gəlir Ayıstannan,
Gül gəlir Gülüstannan
Bir şamama tapmışam
Bir ilin bostanınnan. Cavab:Heyva - Babam atdan düşdü,
Donu bənddən düşdü. Cavab:Yaşıl qabıqlı qoz - Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox. Cavab:Şabalıd - Çəyirdəyi qaflıca,
Yeyilməyi dadlıca,
Kəbəyə get, doyarsan,
Nə olduğun duyarsan. Cavab:Xurma - Çölü sarı, içi darı. Cavab:Əncir
- Bir ağacım var dam boyda,
Meyvəsi badam boyda. Cavab:Qoz ağacı - Nədəndi, ha nədəndi,
Bağrım başı zədəndi,
Yarpağmda od yanar,
Ağacı göynədəndi. Cavab:Böyürtkən - O nədi ki, əl vursan qan tökülər. Cavab:Qara tut
- O nədi ki,
Qış göyərir,
Yaz qızarır,
Payız qaralır. Cavab:Moruq - Hilli-hillicə,
Ağzı qıllıca. Cavab:Əzgil

Meyvələr haqqında tapmaca ikinci hissə:
- Sapsarıca yemişəm,
Ərəbidən gəlmişəm.
Baldan şirin dadım var,
Adda-sanda adım var. Cavab:Xurma - İçi darı, çölü sarı. Cavab:Çiyələk
- İçi qırmızı, çölü boz.
Üstü yemiş, içi qoz. Cavab:Şaftalı - Yaşıldı abası,
Sarıdı libası. Cavab:Badam - Yupyumru fincan,
İçi dolu mərcan. Cavab:Nar - Bir balaca boyu var,
Qırmızıdan donu var. Cavab:Zoğal - Hacılar haca gedər,
Cəhd edər gecə gedər,
Bir yumurta içində,
Qırx, əlli cücə gedər. Cavab:Nar - Dəyirmana dən gəldi,
Qırmızı don tən gəldi,
Toxunmamış çuvalda,
Üyünməmiş un gəldi. Cavab:İydə - Dörd qardaş bir qundaqda yatıb,
Göbəklərin bir-birinə çatıb. Cavab:Qoz ləpəsi - Salxım-salxım sallanar, Çox qaldıqda ballanar. Göydə nərdivan olsa, Çıxar ordan sallanar. Cavab:Üzüm