Uşaqların Beynəlxalq Müdafiəsi Günü
1 iyun, 1950-ci ildən bəri Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir. Bu günün tarixlərə belə bir adla düşməsinin səbəbi isə BMT Baş Assambleyası tərəfindən alınan qərara bağlıdır.
Bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu günə xüsusi diqqət ayrılır.
Bu günə özəl olaraq, hər il ölkəmizdə uşaqlarla bağlı bir çox tədbirlər və layihələr həyata keçirilir. Bunlardan birini də Deaf Community təşkil etmişdir. Onlar eşitmə və danışma məhdudiyyətli insanların cəmiyyətə adaptasiyası üçün filmləri işarə dilinə çevirən, müxtəlif layihələr həyata keçirdən bir komandadır. Bu komanda, 1 iyun üçün “Madagascar” cizgi filmini məhs eşitmə və danışma məhdudiyyətli uşaqlar üçün surdotərcümədə nümayişi təşkil etmişdir. 

Fərqliliklərinin növündən aslı olmadan hər bir uşaq özəldir. Olara bu fərqliliklərini dərk etmələrinə köməkçi olub, həm zehni, həm də fiziki məhdudiyyətlərini aşaraq sağlam düşüncəli bir fərd kimi böyümələrinə köməkçi olmaq bizim ən önəmli vəzifələrimizdən biridir.
Beynəlxalq təşkilatların statistikalarında uşaqlar
Bütün bunlara baxmayaraq təəssüflər olsun ki, beynəlxalq təşkilatların məlumatlarına görə, dünyada uşaq əməyinin istismarına Asiya ölkələrində 153 milyon, Afrikada 80 milyon, Cənubi Amerika ölkələrində isə 17 milyona qədər azyaşlı uşaq məruz qalır. Həmin uşaqlar dözülməz şəraitdə işlədilir və bir çox hallarda onlar öz sağlamlıqlarını itirirlər. Əksər hallarda azyaşlılar cinsi istismara və hərbi konfliktlərə cəlb edilirlər.

Bizlər isə yetişkin nəsil olaraq uşaqlar üçün bütün hüquqların qorunmasına diqqət etməliyik. Çünki uşaqların bütün hüquqları əhəmiyyətlidir. Bununla belə, bəzi hüquqlar daha vacib hesab edilir. Bunlar ilk növbə-də uşağın yaşamaq hüququ, habelə bərabərlik və onun şəxsi rəyinə hörmət hüququdur.
Dünyada dilindən, irqindən, dinindən, cinsindən aslı olmayaraq bütün uşaqların özəl qayğıya, sevgiyə, diqqətə ehtiyacı vardır.
Təkcə bu gün deyil, hər zaman uşaqların qayğısına qalmalı və onları düzgün yetişdirməyə səy göstərməliyik. Çünki uşaqlar bizim gələcəyimizdir.