Üzüm suyunun hazırlanma qaydası
Üzüm suyu sağlamlığa görə çox faydalı bir içki növüdür. Alimlər üzüm suyunu bitki tərkibli süd olaraq dəyərləndirirlər. Üzüm suyunun sadalamaqla bitməyən faydalarının ilki və əsası qan artıran bir xüsusiyyəti olmasıdır. Antioksidanın zəngin tərkibi bədəni xəstəliklərdən qoruyur, ürək xəstəliklərinin qarşısını alır və xərçəng riskini azaldır.
Üzüm suyunun, həmçinin də nar suyunun faydaları haqqında ətraflı məlumatı bu məqaləmizdən əldə edə bilərsiniz.

Bu gün sizlərlə belə faydalı xüsusiyyətəri olan üzüm suyunun hazırlanması qaydasını bölüşəcəyik
Bunun üçün 3 kq qara üzüm və süzmək üçün cunaya ehtiyac var.
Hazırlanma qaydası:
Üzümləri təmiz yuyun və sonra böyük və enli bir qazana yığın. Üzümləri bir az ovxalayın ki, suyu yaxşı çıxsın. Ovxalanmış üzümləri qazana yığın, üzəri örtülənə qədər su əlavə edin. Qazanı ocağın üzərinə qoyun. 10 dəqiqə qaynadıqdan sonra götürün və üzüm suyunun soyumasını gözləyin. Su soyuduqdan sonra suyunu tamamən verməsi üçün üzümləri yenidən bir az da ovxalayın. Daha sonra başqa bir qazanın ağzına cunanı sərib bərkidin. Hazırladığınız üzüm suyunu cunanın üstündən süzülməklə bu qazana süzün. Bu üzüm suyunu bir gecə saxlayın.
Hazırladığınız təbii üzüm suyuna şəkər qatmayın.
Qeyd edək ki, hər səhər 1 çay stəkanı qədər təbii qara üzüm suyu içərək bütün xəstəliklərdən qoruna bilərsiniz.
Nuş olsun!
