Üzümün fərqli üsullarla saxlanması

Fərqli üsullar

Ötən məqalədə üzümün sadə üsullarla saxlanılmasından bəhs etmişdik. İndi isə dafa fərqli saxlanılma üsullarından söz açacayıq.

Tətbiq edilən digər üsul üzüm salxımını öz yarpağına bükərək, torpağa basdırmaqdır.
Bundan başqa, tənəyin üzərində olan salxımları torbaya salırlar. Bəzən uzun zoğlarda olan salxımları torbaya salıb, zoğları otağa gətirir və bütün qışı saxlayırlar. Bu “milaq” üsulu adlanır.
Digər bir üsulda, söyüd və ya çəkil çubuqlarından hazırlanmış qələmlərə 8-10 salxım asırlar və bu qələmləri çardaqda, talvarda, yaxud anbarda kiçik çiləyə qədər saxlayırlar.
Bu üsulla Təbrizi sortunu 6-7 ay saxlamaq mümkündür.

üzümün saxlanması

Təbriz üzümü

Təbrizi üzüm sortu, yetişdikdən sonra, 2-3 ay tənəyin üzərində saxlana bilər.
Digər mütərəqqi üsullardan biri Fransada işlənib hazırlanmış üsuldur.

Bu üsul hələ də İtaliyada, Bolqarıstanda, Rusiyanın cənub vilayətlərində, Ukraynada tətbiq edilir. Bu üsul salxımın həyatiliyini, soyudulma tətbiq edilmədən təmin edironu aprel-may aylarına qədər saxlamağa imkan verir. Quru daraqda saxlanmadan fərqli olaraq, bu üsulda itki də az olur.


Başqa bir üsulda salxım zoğla
birlikdə kəsirlər. Sonra qabda suya qoyulur və iylənməmək üçün ona bir qaşıq ağac kömürü əlavə edilir. Su olan qablar xüsusi tərəcələrdə maili vəziyyətdə qoyulur.

Buxarlanmanı azaltmaq üçün qabın ağzı pambıqla örtülür. Bəzi sortlar hətta suda kök əmələ gətirir, salxım kütləsini itirmir. Realizə vaxtına kimi gilələrin turqor vəziyyəti itmir.

Üzümün saxlanma şəraiti

Üzümün az miqdarda saxlanması üçün ərinmiş parafindən də istifadə olunur. Bu üsulda salxım ərinmiş parafinə salınır. Istifadədən qabaq parafinli salxım 60-650 C temperatura malik olan isidilmiş suya salınır. Parafin əriyir və salxımdan ayrılır. Sonra isə soyuq su ilə yaxalanır. Parafin üzümün saxlanma müddətini xeyli uzadır.

üzümün saxlanması

Bütün bunlardan başqa, Gəncədə, Ordubadda, Abşeronda üzümün kəhrizlərdə də saxlanması məlumdur. Bu üsulun üstünlüyü əlavə xərcin olmaması, məhsulun təravətinin, dad və keyfiyyətinin itməməsidir.
Beləliklə, Azərbaycanın ayrı-ayrı zonalarında xalq tərəfindən saxlanma sahəsindəki ənənələr üzümçülüyün azərbaycanlıların məişətində mühüm rol oynadığını təsdiq edir.

 


Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика