Xərçəng xəstəliyinin qarşısını alan yemək

Xərçəng xəstəliyinin qarşısını alan yemək – Xaş yeməyinin faydaları

Dananın əsasən qabaq ayaqlarından hazırlanan xaş Orta Şərq və Cənubi Qafqaz mətbəxinin məhsulu olsa da, Iran, Türkiyə, Bosniya və Herseqovina mətbəxində də ən sevilən yeməklərdəndir.

Xaş yeməyinin hazırlanma qaydasını keçən yazılarımızda sizlərə çatdırmışdıq. Bu yazımızda sizlərlə xaş yeməyinin faydaları haqqında məlumat verəcəyik.

xaş yeməyi xərçəngin dərmanı agroexpert.az

Xaş tərkibinə görə əsasən leykosit qaynağı olub qan istehsalında əhəmiyyət daşıyır. Birləşdirici toxumaların ehtiyac olan bəzi qida maddələrini orqanizmə təmin edən vacib bir qida mənbəyidir.

Bəzi mütəxəssislərin apardığı araşdırmalar nəticəsində xərçəng səbəbinin DNT-də deyil, hüceyrədəki birləşdirici toxumalarda yaranan problemlərdən olduğu açıqlanıb. Buna görə xərçəng riskinin qarşısını almaq üçün hüceyrə içərisindəki birləşdirici toxumaları yeniləmək çox vacibdir.

Hüceyrələrdə birləşdirici toxumaların yenilənməməsi bölgədən asılı olaraq bir sıra xəstəliklər yarada bilər. Bunlar arasında diabet, oynaq xəstəlikləri, ürək problemləri və xərçəng xəstəlikləri var.

Sağlam qidalanma dedikdə emal edilən müxtəlif heyvan və bitki mənşəli qidalardan təbii yolla yetişdirilən qidaların seçilməsi nəzərdə tutulur.

Fərqli üsullarla yetişdirilən qidaların istehlakı qısa müddətdə olmasa da, bir müddət sonra bədənimizdə müxtəlif problemlərin yaranmasına səbəb olur. Buna görə də brolyer toyuq ilə hazırlanmış yemək əvəzinə xırda və iribuynuzlu heyvanlardan hazırlanan xaşın sağlamlığımıza daha çox köməyi var. Bundan əlavə qeye edək ki, ayaq və sümük suyunun tərkibində çox miqdarda kalogen var. Bu maddə isə yüksək protein mənbəyidir.

 Xaşın tərkibində olan zülal birləşdirici toxumaların yaranmasında, birləşməsində və zədələnmiş birləşdirici toxumaların bərpasında iştirak edən faydalı bir maddədir. Bundan əlavə zülal dəriyə qulluq baxımından olduqca önəmlidir. Belə ki dərini dolğunlaşdırır və qırışların yaranmasına imkan vermir. Gənc görünmək və hamar bir dəriyə sahib olmaq istəyirsinizsə, tərkibi çox zəngin kalogen maddəsi olan xaş yeməyindən faydalana bilərsiniz.

Xaş ilə birlikdə yeyilən “Vitamin C” ilə zəngin qidaların istehlakı insan orqanizması üçün daha çox faydalıdır. Bu qidalar əsasən limon, soğan, sarımsaq və cəfəri kimi tərəvəzlər olur. Bu tərəvəzlər xolesterol və qan təzyiqini tarazlaşdırır və yeməkdə olan faydalı maddələrin təsirini artırır.

https://www.yeniakit.com.tr/haber/paca-corbasinin-faydalari-293041.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107