Xiyar niyə acı olur?

xiyar niyə acı olur? xiyarda acılıqEyni sahədə əkilən xiyarların niyə bəziləri acı olur?

Uşaq vaxtı nənə-babamdan eşitmişdim ki, kolu ayaqlama, yoxsa xiyar acı olar. Son zamanlarda da bu problemi yaşadım. Belə ki, əkdiyimiz xiyarların yarısı acı olurdu. Xiyarın ya sap yeri, ya da ortası acı çıxırdı. Buna görə də nənə-babamın bu sözlərinin nə qədər doğru və ya yanlış məlumat olduğunu araşdırmaq qərarına gəldim.

Deməli, bu problem bütün dünayada varmış. Geniş şəkildə araşdırılıb, tədqiqatı aparılıb, səbəbləri tapılıb, hətta qarşısını almaq üçün müəyyən “icadlar” tapılıb.

Xiayar niyə acı olur? Acılığın genetik və fizioloji olaraq iki səbəbi var. Acılığın genetik səbəbi, təzəcə yaranmış meyvənin-çiçəyi burnunda xiyarın saplağa yaxın hissəsində, qabığının altında acılığı yardan maddələrin meydana gəlməsidir. Bu toxumun genetikasından asılı bir səbəbdir. Xəstəliyin digər fizioloji səbəbi bitkinin su sisteminin pozulmasıdır.

Bitkinin su sisteminin pozulmasının və tərkibində su çatışmazlığının yaranmasının bir neçə xiyar haqqında . xiyar niyə acı olursəbəbi var:
  1. Suvarma suyunun çox soyuq olması, çox miqdarda və ya az miqdarda su verilməsi, qaydasız şəkildə suvarılma;
  2. Torpağın çox quru, çox yaş, çox soyuq, tez palçığa çevrilməsi, havasız qalması, çox tapdanması;
  3. İqlim: Yüksək temperatur, havanın anidən istiləşməsi və ya soyuması, quru hava;
  4. Xəstəliklər və dəyən zərərlər: köklərin zədələnməsi, kök bronxlarının tıxanması, göbələklər və bakterial xəstəliklər;
  5. Mineral gübrələr: Torpağın duzluluğunun yüksək olması, isti havada təzə peyinin verilməsi, (az miqdarda orqanik gübrə verilə bilər,amma, hava şəraitinə diqqət etməklə);
  6. Azot, kalium çatışmadıqda.
  7. Mexanizi zədələnmələr: Güclü küləyin vurduğu ziyan, qırılma, əzilmə, əyilmə;

Ancaq qeyri-kafi suvarılma ən əsas səbəb sayılır.

Hollandiyada, Kaliforniyada xüsusi olaraq araşdırmalar aparılmışdır. Kaliforniya Universitetində aparılan araşdırmalar nəticəsində xiyara acılıq verən maddəni tapmışlar. Kukurbitasin adı verilən bu maddəni əmələ gətirən genləri müəyyənləşdiriblər. Hollandiyada aparılan araşdırmalar nəticəsində isə bu təbii gendəyişmə prosesindən yaranan problemi aradan qaldırmaq üçün bır sıra süni dəyişikliklər irəli sürmüşlər.

Beləliklə, əkdiyiniz xiyarlarda acılıq olursa, bu bir tərəfdən sevindirici haldır. Deməli, tam təbii toxumlardan yetişib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673