Xurmanın ağız büzücü dadından xilas olmaq üçün…
Xurma – zəngin bir yod qaynağıdır. Bu meyvənin tərkibində olan vitaminlərə hər zaman ehtiyacımız var. Yod, D vitamininin sintez edilməsinə kömək edir, bu sintez ən çox günəş işığının təsirindən yaranır. Payız, qış fəsillərində D vitamininə və yoda bədənimizdə tələbat artır.
Xurma nəyə xeyirdir?
Əlbəttə ki, xurma yod məzmunu baxımından dəniz kələmindən geridə qalır. Lakin, Laminariyanı-dəniz kələmini hər kəs bəyənmir. Buna görə də, faydalı yosunların dadını bəyənmirsinizsə, qışda tez-tez xurma tükətməyiniz məsləhətdir. Xurmanın ağız büzücü dadından azad olmaq üçün bir neçə üsullar var.
Xurmanın ağız büzücü dadından azad olmaq üçün yollar..
- Tez yetişdirmə: Soyuducunun üst hissəsinə xurmanı yuyulmamış qoyun bir həftə və ya bir yarım həftə gözləyin. Xurma şirin olacaq və ağzı büzüşdürməyəcək.
- Mikrodalğalı sobada isitmə: Xurmanı yuyun, baş hissəsini təmizləyin, nəticədə alınan çuxura bir qaşıq bal əlavə edin və meyvəni 10 saniyə mikrosobaya qoyaraq isidin. Bu, xurmanı ağız büzən dadından xilas etmək üçün kifayətdir.
- Yeri gəlmişkən, xurma müxtəlif mədə və bağırsaq xəstəliklərini aradan qaldırır. Mikrodalğalı sobada qısa bir müddət qaldıqdan sonra xurma zəif mədəyə belə zərər verməz.
- Dondurmaq: Lakin nəzərə almaq lazımdır ki, bu mərhələdən sonra xurmanın içərisində olan beta-karotenin kiçik hissəsini itirəcək, amma ağız büzən dadı ləğv olunacaq.
super. Karalyoxu cox sevirem, xurmanı da. ama xurmanın ağız büzməsi doğurdan problemdi )
Bəli. Ona görə də biz yeni metodlar araşdırdıb paylaşdıq ki, insanlar rahat yeyə bilsinlər.