Yaman keyiyyətli (qazlı) şiş

aqroexpert123İti gedişli toksikoinfeksiyadır. Qaz əmələ gəlməsi və toxumaların nekrozu və intoksikasiya ilə nəticələnən, sürətlə inkişaf edən iltihabi şişin olması xarakterikdir.
Törədicisi. Anaerob bakteriyalardır. Bir qrup mikroblar – Cl.septicum, Cl.perfringens, Cl.oedematiens, Cl.histolyticum, Cl.sor- delli ayrı-ayrılıqda və ya assosiasiya halında xəstəliyi törədirlər. Ucları yumrulanmış, zəncir və ya sap formasında düzülürlər. Sporları ətraf mühitin əlverişsiz təsirlərinə çox davamlıdırlar. Torpaqda uzun müddət yaşama qabiliyyətlərini saxladıqları üçün torpaq infeksiyaları kateqoriyasına aid edilirlər.
Epizootoloji məlumat. Bütün növdən olan kənd təsərrüfatı heyvanları həssasdırlar. Yoluxma heyvanların bədənində mexaniki zədə olduqda baş verə bilir. Belə zədələr ağır doğuşlardan sonra, axtalanma işlərinin nəticəsində, qoyunların yunu qırxılan zaman, yeni doğuşlar, dişləmələr nəticəsində, qan alınan zaman qeyri-steril iynə və alətlərdən istifadə olunduqda yaranır.
Toxumaların dağılmasına səbəb olan cırılmış yaralar daha təhlükəlidir.
Klinik əlamətləri. İnkubasiya müddəti 12 saatdan 5-6 günədəkdir. Mikrobla yoluxmuş toxumalarda zədə yerində isti, ağrılı, sürətlə böyüyən şiş əmələ gəlir. Bir neçə saatdan sonra şiş soyuyur, lakin ağrılı olmaqda davam edir. Şiş əllə yoxlandıqda krepitasiya qeyd olunur. Ağır doğuşlardan sonra bədən temperaturunun 40-41^S-yə yüksəlməsi cieyd olunur, cinsiyyət dodaqları şişkinləşir, cinsiyyət yollarından çirkli, iyli maye axır. Şiş getdikcə budlara, qarınaltı nahiyəyə, yelinə yayılır. Xəstəlik əksər hallarda iti gedişli olur və heyvanın ölümünə səbəb olur. Çox halda iti gedişli olan xəstəlik ölümlə nəticələnir.
Patoloji-anatomik dəyişikliklər. Cəsədlər çox şişkin olur və sürətlə parçalanırlar. Şiş nahiyəsində birləşdirici toxumaya sarı və qırmızımtıl maye hopur, tərkibində qaz qovuqcuqları yayılır. Əzələlər tünd-qırmızı, qara-qırmızı və açıq-sarı rəngdə pis iyli olmaqla asanlıqla dağılırlar. Limfa düyünləri şişkinləşir, qaraciyər və böyrəklərdə sarımtıl-boz rəngli ocaqlar inkişaf edir.
Diaqnozu. Anamnez məlumatları (infeksiyalaşmış yaraların olması) və klinik əlamətlərə əsasən qoyulur. Pozulmuş toxumaların bakterioloji müayinəsi aparılır.
Təfriqi diaqnoz. Qarayara və emfizematoz karbunkul klinik əlamətlərə (şişin xarakteri) və bakterioloji müayinələrin nəticələrinə əsasən istisna edilir.
Müalicə. Şiş nahiyəsində dəri və dərialtı toxumada geniş kəsik aparılır, infiltrat axıdılır, ölmüş toxumalar təmizlənir. Yara 1-2%-li lıidrogen peroksid və ya kalium-permanqanat məhlulu ilə yuyulur. Antibiotiklər və sulfanilamid preparatlarının əzələiçi maksimal dozalarda yeridilməsi təklif olunur.
Kütləvi zədələnmələr zamanı polivalent antitoksik serumla
peyvənd aparıhr. Simptomatik müalicə tətbiq olunur.
Profilaktika və mübarizə tədbirləri. Cərrahi tədbirlər, yun qırxımı, inyeksiyalar zamanı aseptika qaydalarına ciddi əməl olunmalıdır. Yaralar, xüsusən dərin yaralar vaxtında cərrahi müalicə edilməlidir. Heyvanların saxlanmış olduqları bina və tikililər dezinfeksiya edilir, xəstələrin ət kəsiminə verilməsi qadağan olunur. Stasionar qeyri- sağlam qoyunçuluq təsərrüfatlarında bradzota, yoluxucu enterotoksemiyaya, yaman şişə və quzuların dizenteriyasına qarşı konsentrasiyalı polivalent alüminium-hidroksidli vaksindən, həmçinin qoyunların klostridiozları əleyhinə polivalent anatoksindən istifadə olunur.
Klinik əlamətləri. İnkubasiya müddəti 12 saatdan 5-6 günədəkdir. Mikrobla yoluxmuş toxumalarda zədə yerində isti, ağrılı, sürətlə böyüyən şiş əmələ gəlir. Bir neçə saatdan sonra şiş soyuyur, lakin ağrılı olmaqda davam edir. Şiş əllə yoxlandıqda krepitasiya qeyd olunur. Ağır doğuşlardan sonra bədən temperaturunun 40-410C-yə yüksəlməsi cieyd olunur, cinsiyyət dodaqları şişkinləşir, cinsiyyət yollarından çirkli, iyli maye axır. Şiş getdikcə budlara, qarınaltı nahiyyəyə, yelinə yayılır. Xəstəlik əksər hallarda iti gedişli olur və heyvanm ölümünə səbəb olur. Çox halda iti gedişli olan xəstəlik ölümlə nəticələnir.
Patoloji-anatomik dəyişikliklər. Cəsədlər çox şişkin olur və sürətlə parçalanırlar. Şiş nahiyyəsində birləşdirici toxumaya sarı və qırmızımtıl maye hopur, tərkibində qaz qovuqcuqları yayılır. Əzələlər tünd-qırmızı, qara-qırmızı və açıq-sarı rəngdə pis iyli olmaqla asanlıqla dağılırlar. Limfa düyünləri şişkinləşir, qaraciyər və böyrəklərdə sarımtıl-boz rəngli ocaqlar inkşaf edir.
Diaqnozu. Anamnez məlumatları (infeksiyalaşmış yaralarm olması) və klinik əlamətlərə əsasən qoyulur. Pozulmuş toxumalarm bakterioloji müayinəsi aparıhr.
Təfriqi diaqnoz. Qarayara və emfizematoz karbunkul klinik əlamətlərə (şişin xarakteri) və bakterioloji müayinələrin nəticələrinə əsasən istisna edilir.
Müalicə. Şiş nahiyyəsində dəri və dərialtı toxumada geniş kəsik aparılır, infiltrat axıdıhr, ölmüş toxumalar təmizlənir. Yara 1-2%-li lıidrogen peroksid və ya kalium-permanqanat məhlulu ilə yuyulur. Antibiotiklər və sulfanilamid preparatlarmın əzələiçi maksimal dozalarda yeridilməsi təklif olunur.
Kütləvi zədələnmələr zamanı polivalent antitoksik serumla
peyvənd aparıhr. Simptomatik müalicə tətbiq olunur.
Profilaktika və mübarizə tədbirləri. Cərrahi tədbirlər, yun qırxımı, inyeksiyalar zamanı aseptika qaydalarına ciddi əməl olunmalıdır. Yaralar, xüsusən dərin yaralar vaxtmda cərrahi müalicə edilməlidir. Ileyvanların saxlanmış olduqları bina və tikililər dezinfeksiya edilir, xəstələrin ət kəsiminə verilməsi qadağan olunur. Stasionar qeyri- sağlam qoyunçuluq təsərrüfatlarında bradzota, yoluxucu enterotokse- ıniyaya, yaman şişə və quzularm dizenteriyasına qarşı konsentrasiyalı polivalent alüminium-hidroksidli vaksindən, həmçinin qoyunlarm klostridiozları əleyhinə polivalent anatoksindən istifadə olunur.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика