Yapon əzgili ağacının yetişdirilməsi və çoxaldılması

Dekorativ görkəmi ilə yanaşı qiymətli meyvələri də olan bitkilərdən biri Yapon əzgilidir. Xalq arasında “Muşmula” adı ilə də məşhurdur.

Bitkinin tarixi haqqında qısa məlumat olaraq qeyd edək ki,

agroexpert_Az yapon ezgili ekmek

Təbii halda Mərkəzi Çində, Şimali Hindistanda, Himalayda yayılmış, mədəni halda isə Aralıq dənizi rayonlarında və dünyanın digər subtopik iqlim zonalarında becərilir. Ana vətəni Çin və Şimali Hindistan olsa da daha çox Yaponiyada yetişdirilib. XlX əsrin sonlarından Yaponiyadan Qara dəniz sahillərinə və Gürcüstanın subtropik zonalarına, 1930-cu ildən isə buradan Azərbaycana gətirilmişdir. Hal-hazırda Azərbaycanın əksər rayonlarında Landşaftın əsas elementlərindən biri kimi müvəffəqiyyətlə becərilir.

Azərbaycanda Yapon əzgili əsasən bəzək bitkisi kimi əkilib becərilir.

Ölkəmzdə tək-tək becərilmə tarixi keçən əsrin birinci yarısına təsadüf etdir. Lakin son 10 ildə bu bitkiyə Abşeronda, Gəncədə, Lənkəranda və b. zonalarda park və bağlarda bəzək bitkisi kimi daha tez-tez rast gəlinir. Bu bir tərəfdən Azərbaycanın əksər dağətəyi və aran zonalarının torpaq-iqlim şəraitində bitə bilməsi ilə, digər tərəfdən isə bütün il boyu yaşıl yarpaqlarla örtülü oluba göz oxşaması ilə əlaqədardır.

Meyvəsi ilk qoparılan zaman fərqli bir dada malik olur. Bir az keçdikdən sonra yumuşalır və ləzzətli olur. Meyvəsindən müxtəlif cür istifadə olunur. Hətta qan təzyiqinin aşağı salınmasında da ondan istifadə edilir. Ətirli-şirəli, şirin-turşməzə meyvələrindən insanlar təzə halda və toxumun çıxarıb:

mürəbbə bişirməklə, eyni zamanda toxumla birlikdə kompot hazırlamaqla istifadə edirlər.

Yapon əzgili ağacının xarakteristikası

  • Həmişəyaşıl, 5-10 m hündürlükdə, yumru-enli çətirli, düzgövdəli ağacdır.
  • Abşeron şəraitində 5 m-ə qədər böyüyə bilir.
  • Yarpaqları kifayət qədər iri (uzunluğu 40 sm-ə qədər, eni 10-15 sm) olub, üstdən tündyaşıl, hamar, altdan keçəvari tükcüklərlə örtülmüşdür. Kənarları xırda dişlidir.
  • Çiçəkləri ağ rəngli, dikduran salxımda topa şəkildə olmaqla ətirlidir.
  • Birevli, ikicinsli bitkidir.

Azərbaycan şəraitində qeyri-adi dövrdə – noyabrdekabrda çiçəkləyir. Qış mülayim keçən illərdə çiçəkləmə müddəti bir aya qədər davam edir. Meyvələr mayın sonlarından hissə-hissə yetişməyə başlayıb, iyula qədər davam edir. Yetişmiş meyvələr tünd-sarı rəngli, yumru, turşməzə yeyiləndir. Bir meyvədə 1-4 ədəd toxum olur.

Meyvələrin tərkibində

  • 0,23-1,36% alma turşusu,
  • 10,6 mq C vitamini,
  • 7-14% şəkər olduğu qeyd olunur.

Bitki, meyvə əldə etmək məqsədilə əkildikdə qış ayları –5°C-dən aşağı, bəzək məqsədilə əkildikdə – 15°C-dən aşağı temperaturu olan bölgələrdə əkilməsi məsləhət bilinmir. Eyni zamanda, güclü küləktutan yerlərdə də əkildikdə bitki öz dekorativliyini itirir və meyvə əmələ gətirmir.

Yapon əzgili işığa, münbit torpağa və rütubətə tələbkar bitkidir. Lakin 40°C-dən yuxarı temperaturda uc hissələrinin yarpaqlarında yanıqlar müşahidə olunur.

  • –3-5°C şaxtada generativ orqanları,
  • –12-15°C şaxtada bütün yarpaq və zoğları,
  • –18-20°C şaxtada isə bütün yerüstü hissəsi məhv olur.

Rütubət çatışmazlığına uzun müddət davam gətirsə də, meyvə məhsuldarlığı və dekorativliyi aşağı düşür. Ona görə də becərildiyi bütün ərazilərdə, xüsusilə yaz-yay aylarında bitki 5-6 dəfə suvarılmalıdır.

Yapon əzgilinin çoxaldılması

Bəzək bağçılıqda Yapon əzgili əsasən toxumla çoxaldılır. Məhsuldar bitkilər əldə etmək məqsədilə özünə və digər bitkilərə (adi əzgil, heyva, yemişan) calaq etməklə də çoxaldıla bilir. Toxumla çoxaldılma zamanı tam yetişmiş meyələr götürülür, toxumlar lət hissədən ayrılır və dərhal da səpilir. Çalışmaq lazımdır ki, ən iri toxumlar səpilsin. Çünki xırda toxumların cücərmə qabiliyyəti və cücərmə enerjisi aşağı olur. Belə toxumlardan normal şitillər alınmır.

agroexpert_Az yapon ezgili
Toxumun səpini gecikdirildikdə, onlardan alınmış cücərtilər qış aylarına düşür və şaxtadan ziyan çəkir. Növbəti ilin yazına saxlanılaraq əkildikdə isə, hətta ən iri toxumların belə cücərmə qabiliyyəti azalır.

Toxumların səpin dərinliyinin 5-6 sm saxlanması ən münasib dərinlikdir. Kütləvi səpin cərgəvi üsulla aparılır. Bu üsulla cərgə araları 25-30 sm saxlanmaqla hər m-ə 20-25ədəd toxum səpilir. Səpindən 30-40 gün sonra toxumlar cücərərək səthə çıxmağa başlayır. İlk cücərtilərə qulluq cərgəaralarının yumşaldılmasından, suvarmadan, alaq otları və ziyanvericilərlə mübarizədən ibarətdir. Yaxşı qulluq olunmuş tinglər yazda 20-25 sm hündürlükdə olur. Həmin tinglər xüsusi hazırlanmış dibçəklərə və ya daimi yerinə köçürülə bilər.

Yaz aylarında bitkinin cavan uc yarpaqlarında xırda qanlı mənənələr müşahidə olunur. Bu zaman sistem təsirli insektisidlərdən biri ilə bitkilər dərmanlanmalıdır.

Yaşlı bitkilərə qulluq işləri

  • formavermə məqsədi ilə alt zoğların və quru budaqların dibdən kəsilməsindən,
  • diblərinin yumşaldılmasından,
  • mineral və üzvi gübrələrin verilməsindən,
  • suvarmalardan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика