Yarpaq görünüşlü peçenye (RESEPT)

Çay süfrələrinə qonaqlarınıza çox asan və qeyri-adi görünüşlü peçenye hazırlamaq istəyirsinizsə bu resepti mütləq sınayın. Agroexpert.az ağızda dağılan dadlı yarpaq görünüşlü peçenye reseptini təqdim edir.

peçenye

Tərkibi:

  • 250 qram otaq temperaturunda yumşaldılmış marqarin
  • 2 stəkan şəkər kirşanı
  • 1/2 stəkanı maye yağ
  • 1 ədəd yumurta
  • 2 xörək qaşığı nişasta
  • 1 çay qaşığı qabartma tozu
  • 1 paket vanil
  • 9 stəkan un

Hazırlanma qaydası:

İlk öncə dərin bir qabın içərisinə marqarin, şəkər kirşanı, maye yağ və yumurta əlavə edərək taxta qaşıqla (və  ya spatula) ilə qarışdırın. Marqarin qarışığınin içərisinə nişasta, vanil və qabartma tozunu da əlavə edin. Ələ yapışmayacak konsistensiya gələnə qədər unu əlavə edin. Yoğurduğunuz peçenye xəmirinin üzərinə streç salafan ilə bağlayıb yarım saat  soyuducuda saxlayın. Soyuducudan çıxardığınız xəmirdən qoz böyüklüyündə tikələr qoparıb yuvarlayaraq uzunsov görünüş verin. Üzərindən bıçaqla yarpaq şəklini verin.İstəsəniz bıçağı kakaoya batıraraq yarpaq şəklini verə bilərsiniz. Yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin və 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə qədər bişirin. Dadlı peçenyeni çay süfrəsinə çayın yanında verə bilərsiniz.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107