Yarpız damlası ilə sağlamlıq
Yarpız, aroması və istifadə edilən zaman sərinlik verməsi ilə tanınır və bu xüsusiyyəti ilə hamıya tanışdır. O həm də dərman bitkisidir. Tez-tez yeməkləri dadlandırmaq üçün istifadə olunur. Çoxları onun yarpaqlarının mədə üçün çox faydalı olduğunu bilirlər. Bilirdinizmi ki, bu mualicəvi bitki bütün həzm sisteminə və qan dövranına xeyirdir? Həmiçinin diş əti və diş ağrılarını aradan qaldırır və digər ağrıları mualicə edir.
Yarpız damlası ilə sağlamlıq
Yarpızda olan zəngin vitaminlər haqqında danışmayacağıq, onsuzda hər kəsə aydındır. Bu məqalədə sizə müxtəlif növ ağrı əlamətlərində onun istifadə yolları haqqında danışacağıq.
Beləliklə başlayaq:
- Mədə və bağırsaqlarda narahatlıq, qarın şişməsində, 170 qram yarpız yarpaqlarına 200 ml isti su tökülür və 30 dəqiqə parda dəmlənərək hazırlanır. Gündə 2 dəfə, yeməkdən sonra (səhər və axşam), 1 çay qaşığı qəbul edilir.
- Qan dövranını yaxşılaşdırmaq üçün 100 qram yarpız yarpaqlarına 150 ml isti su əlavə edin və qoyun 45 dəqiqə parda dəmlənsin. Bundan sonra, süzərək yeməkdən sonra gündə 1 dəfə 2 yemək qaşığı qəbul edin.
- Baş ağrısı və mədə bulanmasına ikinci resept ilə yarpız şirəsini çaya 3 çay qaşığı əlavə edin və için. Yalnız baş ağrısı və mədə bulanmasında istifadə olunur.
- Diş əti narahatlığı və diş ağrısı zamanı birinci resepti istifadə edin, gündə 2-3 dəfə yeməkdən sonra qar-qara edin.
Yarpızdan kimlər istifadə edə bilməz:
- Hamilələr və uşağa süd verən analar;
- Təzyiq problemi olanlar;
- Alergiyası olanlar;
- Şəkər xəsdəliyi olanlar.