Yaz aylarında bağ-bağçalara qulluq qaydaları

Geridə qalan soyuq qış aylarının buraxdığı izlərdən qurtulan və qızan havayla birlikdə gözəlləşən bağçalar yaz aylarında xüsusi baxıma ehtiyac duyur. İnkişaf etməkdə olan bitkilər isinən torpağa uyğunlaşmağa çalışır. Torpaq qış aylarında yağış, qar, soyuq səbəbindən sərtləşir və hava keçirməz hala gəlir.
Buna görə də torpağın hava alma potensialını artırmaq lazımdır. Bunun üçün bel, dırmıq kimi alətlər işimizə yarayar. Bu proses bağ-bağçaya qulluğun əsas təməllərindən biridir. Əgər havalandırma işindən sonra torpağın əkin üçün yararsız olduğunu düşünsəniz, üzərinə başqa keyfiyyətli torpaq əlavə edərək qarışdırın.
Baharda bağa necə qulluq edilməlidir?
Torpaq havalandırıldıqdan sonra qış boyunca itirdiyi mineralları-qidaları geri qazanmaq üçün gübrələnməlidir. Bunun sayəsində torpaqda əkiləcək olan bitkilərin ehtiyacı olan azot, fosfor, kalium kimi maddələr də torpaqda yığılmış olur. Bitkilər sağlam böyüyür.
Torf bitkilərin köklərini qidalandıran yaxşı bir alternativ olduğu üçün bitki əkimindən öncə torpağa əlavə etmək çox doğru olacaqdır. Xüsusiylədə qumlu torpaqlarda torf istifadə etmək sağlam bitki yetişdirmək üçün vacib şərtdir.
Əkilən bitkilərin budanması baharda edilməli olan işlərdən biridir. Çünki budamaq sayəsində bitkinin qurumuş, sağlam olmayan hissələri təmizlənir, sağlam və daha rahat böyüməsinə, tumurcuqlamasına səbəb olur. Budama işlərinin yaz aylarında edilməsi xüsusi önəm daşıyır. Belə ki, bahar bitkilərin ən səmərəli böyümə dövrüdür. Bu dövürdə budanan bitki daha sağlam böyüyəcək və yetişəcək.

Çəmənliklərin də qayğıya-qulluğa ehtiyacı var. Yazda bu qayğı xüsusi hal alır. Alaq otlar təmizlənməli, dərmanlanmalı, zərərvericilər yox edilməlidir. Dərmanlamanı küləksiz havada həyata keçirmək lazımdır. Çünki küləkdə sovrulan dərman, əkilən bitkilərə çataraq onlara zərər verə bilər. Otların arasında-çəmənlikdə boşluqlar varsa, dərmanladıqdan və yabanı otlardan xilas olduqdan sonra bu boşluqları doldurmaq lazımdır.
Bahar aylarında tez-tez əkilən mövsümlük çiçəklər bol günəş alan yerlərdə yetişdirilməli və yaz günəşindən bolluca faydalanmaları təmin edilməlidir. Ancaq bir başa günəş işığına məruz qalmaq ətirşah kimi çiçəklərə zərər verə bilər. Diqqətli olmaq lazım.
Bağçada qış aylarından qalan sulu bölgələr, çalalar varsa bunları doldurmaq və ya qurutmaq gərəkdir. Bunun üçün drenaj çuxurları qaza bilərsiniz. Drenajla axmayan sular üçün isə borulardan istifadə edərək tez zamanda xilas ola bilərsiniz. Sulama başlıqlarını və digər bağ alətlərini tək- tək təmizləməyi və yoxlamağı unutmayın. Və xususi ilə bağınızda metal əşyalar varsa tez bir zamanda qulluq edərək paslanmasının qarşısını almalısınız.