Yeni qərar: Fermerlərə 24392,9 min manat subsidiya ödəniləcək

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclasında bildirilib ki,

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına

fermerlərə subsidiya verilir. şəkər çuğunuduru, pampıq, tütün subsidiyaları
  • buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə
dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə
  • hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin,
  • biohumusun və pestisidlərin

qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi məsələləri müzakirə olunub.

Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki,

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli, “Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında” 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli və “Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında” 2017-ci il 4 aprel tarixli 1314 nömrəli sərəncamları pambıq, tütün və şəkər çuğunduru istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub.

Hazırda istehsalçılara tədarükçülərə təhvil verdikləri xam pambığın hər 1 kiloqramına (kondisiya çəkisində) görə 0,1 manat,

— quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat;

— şəkər çuğundurunun hər 1 tonuna görə 4 manat məbləğində subsidiya verilir.

  • Respublika Komissiyası 23 rayon (şəhər) üzrə 15627 istehsalçıya təhvil verdikləri 230,4 min ton xam pambığa görə 23038,9 min manat,
  • 12 rayon (şəhər) üzrə 531 istehsalçıya təhvil verdikləri 2,7 min ton quru və 22,5 min ton yaş tütünə görə 247,4 min manat;
  • 25 rayon (şəhər) üzrə 1936 istehsalçıya təhvil verdikləri 276,6 min ton şəkər çuğunduruna görə 1106,6 min manat məbləğində subsidiyanın ödənilməsi barədə qərar qəbul edib.

Pambıq, tütün və şəkər çuğunduru istehsalçılarına subsidiyanın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və nazirliyin aidiyyəti Dövlət Aqrar İnkişaf mərkəzlərinə göndərilib.

Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) “Subsidiyalar” aşağıdakı məlumatları əldə edə bilərsiniz:

  1. Subsidiya veriləcək istehsalçılarının siyahısı,
  2. Onların əkin sahələri,
  3. Təhvil verilmiş pambıq,
  4. Tütün və şəkər çuğundurunun miqdarı,
  5. Hesablanmış subsidiyanın məbləği.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика