Yer almasının faydaları

Araşdırmalar sübut edib ki, topinamburun 2-3 ay ərzində hər gün qəbulu xroniki intoksikasiyanın (zəhərləyici (tosiki)maddələrin orqanizmə təsirindən əmələ gələnpatoloji hal) əlamətlərini azaldır. Yer alması kompot, kisel şəklində istifadə oluna bilər. Onun xoş, şirin dadı var. Lakin ən yaxşı variant topinamburu çiy halda yeməkdir. Əvvəla o yuyulur, soyulur, sürtgəcdən keçirilir və istənilən tərəvəz salatlarına əlavə olunur.
Yer almasının tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən topinambur şəkərli diabet xəstələr üçün çox faydalıdır. Onlar hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur yeməlidir. Bu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edəcək.
Yer almasının faydaları.
- Revmatizma və xronikləşən ağrılara yaxşı təsir edir
- Vücud müqavimətini artırır
- Öskürəyi kəsir
- Sümükləri gücləndirir
- Əmizdirən anaların südünü artırır
- Sütun xərçənginin qarşısını alır
- Qəbzliyi yox edir
- Qan şəkərinin tənzimlənməsində kömək olur
- Yer almasını qaynatdığınız suyla saçlarınızı yumanız saçlarınızı parıldadar və diblərini gücləndirər.
Digər bitkilər haqqında məlumat əldə etmək üçün bu bölməyə baxa bilərsiniz…